Lerikin 80 kəndinin elektrik enerjisi kəsilib

Güclü külək fəsadlar yaradıb

Source:


Güclü külək fəsadlar yaradıb

Oktyabrın 30-da səhər saatlarından etibarən ölkənin cənub bölgəsində əsən güclü cənub-qərb küləyi yaşayış məntəqələrində bir sıra problemlər yaradıb.

“Turan” agentliyinin məlumatına əsasən, ağacların aşması nəticəsində elektrik naqilləri qırılıb, elektrik enerjisi verilməsində fasilələr yaradıb.

Bundan əlavə, meyvə bağlarına və bir çox tikililərin dam örtüklərinə ziyan dəyib.

Güclü külək daha çox Astara və Lerik rayonlarında fəsadlar törədib. Astara rayonunun Motlayataq və Pəlikəş kəndlərində Şəfa Əliyeva və Etibar Bağırov üstlərinə ağac aşdığından ağır bədən xəsarəti alıblar. Hər iki şəxs Lənkəran Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Rayonun yaşayış məntəqələrində elektrik enerjisinin verilməsində fasilələr yaranıb.

Lerik rayonunun elektrik təsərrüfatı daha ciddi ziyan çəkib, belə ki, elektrik dirəkləri yıxıldığından hazırda Lerikin 80-dək kəndində işıq yoxdur.

Ana səhifəXəbərlərLerikin 80 kəndinin elektrik enerjisi kəsilib