Lerikdə qar uçqununda ölənlərin kimliyi bilindi

Hadisə baş verəndə evdə 6 nəfər olub, onlardan yalnız iki nəfər xilas edilb

Source:


Hadisə baş verəndə evdə 6 nəfər olub, onlardan yalnız iki nəfər xilas edilb

Lerik rayonunun Orat kəndində qar uçqunu nəticəsində ölən ailə üzvlərinin adları məlum olub.

Qar yığınının kənd sakini Mustafayev Əhliman Həbulla oğluna məxsus evin üzərinə düşməsi nəticəsində ev uçub, Ə.Mustafayevin həyat yoldaşı, gəlini və 2 azyaşlı nəvəsi ölüb.

Bu barədə məlumat yayan APA yazır ki, Mustafayev Əhliman Həbulla oğluna məxsus evin üzərinə qar yığınının düşməsi nəticəsində ev sahibinin həyat yoldaşı, 1961-ci il təvəllüdlü Şövkət Mustafayeva, gəlini, 1994-cü il təvəllüdlü İlahə Mustafayeva, nəvələri – 2015-ci il təvəllüdlü Zəhra Qasım qızı Mustafayeva və 2016-cı il təvəllüdlü Uğur Qasım oğlu Mustafayev ölüb.

Bildirilir ki, hadisə baş verəndə evdə 6 nəfər olub, onlardan yalnız iki nəfər xilas edilb.

Ana səhifəXəbərlərLerikdə qar uçqununda ölənlərin kimliyi bilindi