Hadisə ilə bağlı rayon prokurorluğunda cinayət işi açılıb
Lerik rayonun Tikəband kəndində bir ailənin 4 üzvünün elektrik cərəyanı vurarması nəticəsində öldüyü bildirilir.
Bu barədə məlumatı rayon prokurorluğu yayıb.
Məlumata görə, ilkin araşdırma zamanı eyni ailənin 4 üzvünün elektrik cərəyanı vurması nəticəsində ölməsinə əsaslı şübhələr müəyyən edilib.
Fakta görə Lerik Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.3-cü (iki və daha çox şəxsin ölümünə səbəb olan səhlənkarlıq) maddəsilə cinayət işi başlanılıb.
Lerik Rayon İcra Hakimiyyətininin şöbə müdiri Habil Məlikov məlumatı Meydan TV-yə təsdiqləyib.
Bildirilir ki, hadisə ilə bağlı rayon prokurorluğunda ibtidai istintaq aparılır.