Mənbə: Meydan TV

Lerik sakini: "İcra hakimi dedi kənddə wifi-olsa uşaqlarınız pis işlə məşğul olar"

Lerik sakini: "İcra hakimi dedi kənddə wifi-olsa uşaqlarınız pis işlə məşğul olar"

Fərqanə Mirzəyeva yaşadığı kənddə kollecdə oxuyan tək qızdır.

O, Lerikin Noda kəndində wifi olmaması və mobil şəbəkənin zəifliyi səbəbi ilə onlayn dərslərə qoşulmaqda çətinlik çəkir.

Noda kəndində qaz yoxdur, işıqlar da tez-tez sönür.

Fərqanənin ailəsi təsərrüfat ilə məşğuldur. Onlar çətinliklə övladlarının təhsil almasına şərait yaradırlar.

Dərslərə qoşulmaqda çətinlik çəkən Fərqanə davamiyyətsizlikdən kəsilə bilər. Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov isə kəndə wifi çəkilməsi barədə bir söz deyə bilməyəcəyini bildirib.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/kr49lm

Ən çox baxılan