Fərqanə Mirzəyeva yaşadığı kənddə kollecdə oxuyan tək qızdır.
O, Lerikin Noda kəndində wifi olmaması və mobil şəbəkənin zəifliyi səbəbi ilə onlayn dərslərə qoşulmaqda çətinlik çəkir.
Noda kəndində qaz yoxdur, işıqlar da tez-tez sönür.
Fərqanənin ailəsi təsərrüfat ilə məşğuldur. Onlar çətinliklə övladlarının təhsil almasına şərait yaradırlar.
Dərslərə qoşulmaqda çətinlik çəkən Fərqanə davamiyyətsizlikdən kəsilə bilər. Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov isə kəndə wifi çəkilməsi barədə bir söz deyə bilməyəcəyini bildirib.