Lənkəranın icra başçısı infarkt keçirib

Xəstəliyə nəyin səbəb olduğu bilinmir

Source:


Xəstəliyə nəyin səbəb olduğu bilinmir

Lənkəran rayon icra hakimiyyətinin başçısı Taleh Qaraşov infarkt keçirib və rayon mərkəzi xəstəxanasına yerləşdirilib. Bu xəbəri Turan-a məlumatlı mənbələr verib.

İnfarkta nəyin səbəb olduğu dəqiq bilinmir. Amma icra başçısı iyunun 4-ü axşam saatlarında keçirdiyi iclasda icra hakimiyyətinin torpaq şöbəsinin müdirini, eləcə də Lənkəran şəhər və Liman qəsəbə bələdiyyələrinin sədrlərini kəskin tənqid edib. Hətta onlar barəsində tədbir görəcəyi hədə-qorxusu gəlib.

İcra başçısının durumunun bu iclasdan sonra kəskinləşdiyi nəzərə çatdırılır. T.Qaraşov xəstəxanaya gətirilib və hazırda Lənkəran şəhər mərkəzi xəstəxanasındadır. Bununla yanaşı, vəziyyəti ağırlaşarsa, təcili Bakıya gətirilə bilməsi üçün uçuşa hazır vertolyot saxlanır.

Ana səhifəXəbərlərLənkəranın icra başçısı infarkt keçirib