Ləngiyən Avrointeqrasiya siyasəti həyata keçiriləcək

Prezidentin nitqinin giriş və yekun hissələri və hökumət üzvlərinin kənar baxışları göstərir ki, İlham Əliyev əvvəlki kimi anın tələblərini nəzərə alaraq hərəkət edəcək, miniböhranların və çağırışların lokallaşdırılması üzrə qərarlar qəbul edəcək, amma istər xarici, istər daxili siyasətdə strateji qərarlar qəbul etməyəcək

Source:


Prezidentin nitqinin giriş və yekun hissələri və hökumət üzvlərinin kənar baxışları göstərir ki, İlham Əliyev əvvəlki kimi anın tələblərini nəzərə alaraq hərəkət edəcək, miniböhranların və çağırışların lokallaşdırılması üzrə qərarlar qəbul edəcək, amma istər xarici, istər daxili siyasətdə strateji qərarlar qəbul etməyəcək



Prezident İlham Əliyev iyulun 13-də hökumətin birinci yarımilin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasını keçirib. O, iclasda xarici və daxili siyasət məsələləri üzrə mövqeyini təsvir edib. Nitqin təhlili, o cümlədən kontekstdən götürülmüş tezislər, arqumentlər və nümunələr göstərir ki, ilin əvvəlində başlamış iqtisadi böhran prezidentin 2003-cü ildə birinci dəfə dövlət başçısı seçildiyi andan etibarən həyata keçirdiyi xətlə bağlı mövqeyini dəyişə bilməyib.

Ötən yarımil ərzində prezident İlham Əliyev Yaxın Şərqdə müharibələrin, Avropa və MDB-də böhranların əhatəsində Azərbaycanı sabitlik adası kimi görməyə davam edib.

Prezidentin sözlərindən belə çıxır ki, o, Azərbaycanın Avropa məkanına inteqrasiyası prosesini maksimum uzatmaq kursunu davam etdirəcək. “Biz heç yerə inteqrasiya etmirik. İnteqrasiya etdiklərimiz kifayətdir. Lazım olsa, başqa birliklərə də daxil olarıq, amma bərabərhüquqlu tərəfdaş kimi, layiqli ölkə kimi”, – deyə o bildirib.

Əliyev Avropada “ədalətsizlik, ikili standartlar, islamofobiya, həsəd, bədxahlıq” görür. Xarici düşmənlərlə əhatə, Qərbdə erməniyönlü düşmən qüvvələrin Azərbaycana qarşı sövdələşmələri, Azərbaycanda beşinci kolon mövzusu Əliyev siyasətinin arsenalında qalmaqdadır və o, öz nitqində bu mövzulara toxunub.

Əliyevin çıxışlarından belə bir nəticə çıxır ki, o, ləngiyən Avrointeqrasiya siyasəti həyata keçirəcək. Demokratik Avropanın ünvanına tənqidlərə baxmayaraq, prezident İlham Əliyev münasibətləri məhdudlaşdırmağı planlaşdırmır və gələcək aylarda əməkdaşlığın yeni mexanizmini, formatını və konsepsiyasını hazırlamaq zərurəti haqqında danışır. Əliyev assosiativ üzvlük haqqında sazişi Azərbaycana göstərişlər verən qəbuledilməz birtərəfli əməkdaşlıq adlandırıb. Əliyevin fikrincə, yeni əməkdaşlıq sənədi – bu, tərəfdaşlıq və ya strateji tərəfdaşlıq haqqında müqavilə ola bilər – Avropada iqtisadi və əxlaqi böhrandan narahat olan Azərbaycanın milli maraqlarını və dəyərlərini nəzərə almalıdır.

İqtisadi sahədə islahat ümidləri də qeyri-müəyyən müddət üçün təxirə salınıb. Əliyev iqtisadiyyatın liberallaşdırılması üzrə heç bir əsaslı plan irəli sürməyib, “uğurlu iqtisadi nəticələr” ilə özünü iddialı göstərib: ÜDM-in artımı 5,7 faiz, qeyri-neft sektorunda artım – 9,2 faiz, inflyasiya artımı – 3,5 faiz, pul gəlirlərinin artımı 6,2 faiz. (Lakin bu ilin birinci yarısında dollarla ÜDM 25,06 mlrd. dollar, 2014-cü ilin eyni dövründə isə 36,7 mlrd. dollar təşkil etdiyi halda bu artım necə təmin edilib? – Turan).

Onun çıxışından aydın olub ki, əvvəlki kimi biznesin dövlət tərəfindən ciddi şəkildə tənzimlənməsinə və prezidentin biznes işlərinə şəxsi müdaxiləsinə önəm veriləcək. Bu iclasda Əliyev artıq aviabiletlərin, dərmanların, otel otaqlarının və s. qiymətlərinin ucuzlaşdırılması haqqında göstəriş verib. O, növbəti dəfə ildən-ilə çoxalan biznes subyektlərinin əsassız yoxlanmasının yolveri006Cməz olduğu haqqında göstərişini təkrar edib. Fevralda manatın devalvasiyasından sonra onlara vergi təzyiqi də növbəti dəfə güclənib.

Sosial-infrastruktur inkişafı, kənd təsərrüfatı sahəsində mərhələləri dəyişən, amma yekun məqsədi olmayan eyni proqramlar və konsepsiyalar qalır. Müşavirədə su təchizatı və kanalizasiyanın yaxşılaşdırılmasından danışılıb, sanki 2013-cü ilin sonuna qədər bütün Bakı qəsəbələrinin içməli su və kanalizasiya ilə təmin edilməsi proqramı və ya onun 2016-cı ilə qədər yenə də yerinə yetirilməyəcək davamı yox idi. Taxıl istehsalının bir hektardan 20 sentnerdən bir hektardan 30 sentnerə qədər artdığı deyilib, amma bu zaman çörək buğdasının tamamilə idxaldan asılılıq və ərzaq təhlükəsizliyi proqramının vəziyyəti haqqında heç nə deyilməyib.

Yəni prezidentin nitqinin giriş və yekun hissələri və hökumət üzvlərinin kənar baxışları göstərir ki, İlham Əliyev əvvəlki kimi anın tələblərini nəzərə alaraq hərəkət edəcək, miniböhranların və çağırışların lokallaşdırılması üzrə qərarlar qəbul edəcək, amma istər xarici, istər daxili siyasətdə strateji qərarlar qəbul etməyəcək. Hər iki sahə yaxın gələcək üçün noyabrda keçiriləcək parlament seçkiləri ilə əlaqəli olacaq. Bu seçkilərin hazırlanması və keçirilməsi prezidentin gündəliyini müəyyən edəcək.


Turan Analitika Xidməti

Ana səhifəXəbərlərLəngiyən Avrointeqrasiya siyasəti həyata keçiriləcək