‘Layihənin bir adı var: ermənipərəst!’

Vaşinqtonda fəaliyyət göstərən azərbayanlı jurnalist Milli Məclisin layihəsini belə qiymətləndirdi

Source:


Vaşinqtonda fəaliyyət göstərən azərbayanlı jurnalist Milli Məclisin layihəsini belə qiymətləndirdi

Azərbaycan Milli Məclisinə “ABŞ-da insan hüquqlarının vəziyyəti haqqında” qanun layihəsi təqdim olunub. Layihənin müəllifi Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini, “Azərbaycan Respublikasının Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin İdarə Heyətinin üzvü Rövşən Rzayevdir.

Layihəni Meydan TV-yə şərh edən Vaşinqtonda fəaliyyət göstərən azərbaycanlı jurnalist Ələkbər Raufoğlu bildirib ki, Bakıdakı rəsmilərin anti-Amerika ritorikası bir yana (bu daha heç kəsi təəccübləndirmir), amma bu gün parlamentə təqdim edilmiş layihənin bir adı var: ermənipərəst!: “Fikir verin: Konqressmen Smith-in təklif etdiyi layihədə Azərbaycan rəsmilərinə qarşı insan haqlarınının kobud pozuntusuna görə sanksiya tətbiqinə çağırılsa da, bu silahdan Qarabağ dialoqu zamanı istifadə edilməməsi şərt kimi göstərilir. Yəni ABŞ açıq şəkildə deyir ki, Qarabağ məsələsinin həllində hətta öz prinsipial dəyərlərinə – Azərbaycanda insan haqlarını pozanlarla əməkdaşlığa – göz yummağa hazırdır. Amma görün Bakıda irəli sürülmüş layihədə nə deyilir? “ABŞ-ı Minsk Qrupundan uzaqlaşdıraq” İndi sual edilir: Kimdir ermənipərəst? Qarabağ naminə sanksiyaların tətbiqini istisna edən ABŞ, yoxsa, yaranmış vəziyyətdən istifadə edib Azərbaycanın taleyüklü məsələsini yenidən işğalçı Rusiyanın cənginə atmaq istəyən Bakı rəsmiləri?”.

Ana səhifəXəbərlər‘Layihənin bir adı var: ermənipərəst!’