Layihə şirkəti: Eskiz layihəmiz bütün qurumlar tərəfindən təsdiqlənmişdi

20 Yanvar küçəsində dayandırılan tikintiyə görə vaxtilə bütün müvafiq orqanlar rəsmi razılıq veribmiş

Source:


20 Yanvar küçəsində dayandırılan tikintiyə görə vaxtilə bütün müvafiq orqanlar rəsmi razılıq veribmiş

“Bizim layihə bütün müvafiq qurumlar tərəfindən təsdiqlənmişdi, ancaq indi tikinti niyə dayandırıldı, bilmədik”.

Bunu Meydan TV-yə bir neçə gün əvvəl

Nəsimi rayonu

, 5-ci mikrorayon, 20 Yanvar küçəsində tikintisi rəsmən dayandırılan binanın eskiz layihəsini hazırlamış “TFM Smart Project” MMC-nin mühəndisi Anar Kərimov deyir.

Sakinlər şikayətçi idi

Bu ilin iyun ayında qeyd olunan ərazidə yaşayan sakinlər

Meydan TV

-yə həmin tikinti üçün aparılan qazıntı işlərinə görə şikayət etmişdilər. Onlar binaların həyətində yaşıllıqların məhv edildiyini, uşaqların əyləncə, böyüklərin istirahət yerinin əllərindən alındığını, avtomobillərin hərəkətinin məhdudlaşdırıldığını deyirdilər.

Meydan TV müxbiri ərazidə olarkən sakinlər “TFM Smart Project” MMC-ni səhvən tikinti şirkəti kimi təqdim etmişdilər. Özünü iş icrası kimi təqdim edən şəxs də tikintinin “TFM Smart Project” MMC tərəfindən aparıldığını demişdi. Lakin sonradan məlum oldu ki, “TFM Smart Project” MMC eskiz layihələndirmə işləri ilə məşğul olan şirkətdir və tikinti işləri aparmır. Sadəcə olaraq, 2017-ci ildə qeyd olunan ərazidə fərdi yaşayış binası tikmək üçün müraciət edən fiziki şəxs Abbas Hüseynov üçün eskiz layihə hazırlayıb.



Mühəndis: “Əslində bütün normativlər nəzərə alınmışdı”

Anar Kərimov deyir, eskiz layihə hazırlanarkən qanunla nəzərdə tutulmuş bütün normativlər nəzərə alınıb:

“Ətrafdakı beşmərtəbəli binalar pilot layihəyə düşüb və yaxın vaxtlarda sökülməsi nəzərdə tutulub. Bizim eskiz layihəsini hazırladığımız 4+ mansard tipli fərdi yaşayış binası ilə ətrafdakı binaların hər biri arasında 18 metr məsafə saxlanmışdı. Layihə Bakı Şəhər icra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən də, tikintiyə dair digər ekspertiza qurumları tərəfindən də təsdiqlənmişdi. Biz hər şeyi normativlərə uyğun olaraq nəzərə almışdıq”.

Tikintini dayandıran qurumsa Dövlət Şəhərsalma və Arxitektura Komitəsidir. Komitə hesab edib ki, 22 və 24 saylı yaşayış binalarının arasındakı tikintiyə görə sənədləşmə işləri yarımçıq aparılıb. Tikintinin aparılması məqsədilə hazırlanmış ərazi planlaşdırılması sənədləri Azərbaycan Respublikasının müvafiq şəhərsalma qanunvericiliyinin tələblərinə riayət olunmadan tərtib edilib. 22 və 24 nömrəli yaşayış binalarının sakinlərinin ümumi istifadəsində olan həyətdə yeni binanın yerləşdirilməsi layihəsində ərazinin tikinti sıxlığı yolverilən göstəricilərdən yüksək hesablanıb. Mənzillərin sayına uyğun avtomobillərin parklanma yerlərinin, ərazidə uşaq oyunları və yaşlıların istirahəti üçün meydançaların, təsərrüfat məqsədli sahələrin nəzərdə tutulması və başqa tələblər gözlənilməyib.

Ana səhifəXəbərlərLayihə şirkəti: Eskiz layihəmiz bütün qurumlar tərəfindən təsdiqlənmişdi