””Lavrovun təkfliləri” məhfumu boş söz yığnağına oxşayır”

“İlham Əliyevin “Azərbaycan və Türkiyə bütün məsələlərdə bir yerdədir, biz bir-birimizi dəstəkləyirik və dəstəkləyəcəyik” açıqlaması fonunda Lavrov Azərbaycanın xeyrinə addım atarmı?”

Source:


“İlham Əliyevin “Azərbaycan və Türkiyə bütün məsələlərdə bir yerdədir, biz bir-birimizi dəstəkləyirik və dəstəkləyəcəyik” açıqlaması fonunda Lavrov Azərbaycanın xeyrinə addım atarmı?”

“Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov necə gündür deyir ki, rusiyalı həmkarı Sergey Lavrov Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı təkliflər verib və danışıqları bu əsasda davam etdirmək lazımdır. Məmmədyarovdan başqa kimsə “Lavrovun təklfiləri” ifadəsini dilə gətirmir, Rusiyanın xarici işlər nazirinin özü də susur. Bu “Madrid planı”, yoxsa “Genişləndirilmiş Madrid planı” dilemmasına oxşayır. Əslində hazırda masa üzərində bu “planlardan” heç biri yoxdur. Bu mənada “Lavrovun təkfliləri” məhfumu da boş söz yığnağına oxşayır”.

Bu fikirləri “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi Elxan Şahinoğlu öz Facebook səhifəsində yazıb.

E.Şahinoğlu fikrini “tutaq ki, nəzəri olaraq belə bir plan var, Rusiya-Türkiyə münasibətlərinin gərginləşməsi və prezident İlham Əliyevin Türkiyənin baş naziri Əhməd Davudoğlunu qəbulunda “Azərbaycan və Türkiyə bütün məsələlərdə bir yerdədir, biz bir-birimizi dəstəkləyirik və dəstəkləyəcəyik” açıqlaması fonunda Lavrov Azərbaycanın xeyrinə addım atarmı?” cümləsi ilə bitirib.

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bu gün bildirib ki, Ermənistan qoşunlarının işğal edilmiş Azərbaycan torpaqlarında qalması regionda qeyri-sabitlik yaradan əsas amildir. BMT TŞ-nin qətnamələrində nəzərdə tutulduğu kimi Ermənistan qoşunları Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxarılmalıdır. Ermənistan qoşunlarının çıxarılması Cənubi Qafqaz regionunda sülh və təhlükəsizliyə töhfə verəcək, münasibətlərin normalaşmasına gətirib çıxaracaq. Sergey Lavrov tərəfindən verilən təkliflər danışıqlar prosesinə yaxşı təkan verə bilər.

Ana səhifəXəbərlər””Lavrovun təkfliləri” məhfumu boş söz yığnağına oxşayır”