Lavrov prezidentlərin Soçi görüşünü təsdiq etdi

“Hər dəfə elə görünürdü ki, biz artıq razılıq əldə ediləcək mühüm mərhələyə yaxınlaşmışıq, amma nə isə mane olub”

Source:


“H


ə


r d


ə


f


ə


el


ə


g


ö


r


ü


n


ü


rd


ü


ki, biz art


ı


q raz


ı


l


ı


q


ə


ld


ə


edil


ə


c


ə


k m


ü


h


ü


m m


ə


rh


ə


l


ə


y


ə


yax


ı


nla


ş


m


ışı


q, amma n


ə


is


ə


mane olub”

ATƏT-in Minsk Qrupu Qarabağ münaqişəsi tərəflərinin nizamlanmanın siyasi prinsiplərini əks etdirən sənəd qəbul etməsi üçün az səy göstərmir.

Rusiya xarici işlər naziri Sergey Lavrov İTAR-TASS-a müsahibəsində belə deyib.

Nazir son hadisələrin narahatlıq doğurduğunu deyib: “Şübhəsiz, təmas xəttində (Dağlıq Qarabağda) baş verənlər narahatlıq doğurur. Tərəflər bir-birini təxribatlarda ittiham edir, əvvəllər də belə olub və təəssüf ki, uzun illərdir, biz vaxtaşırı qarşıdurmalar müşahidə edirik, amma bu dəfə bütün bunlar daha gərgin şəkildə qəbul edilir və qələmə verilir. Çox insan təlaf olub və biz digər ölkələr, o cümlədən ATƏT-in Minsk qrupunun həmsədrləri – ABŞ və Fransa ilə birgə tərəfləri növbəti dəfə zorakılığa gətirib çıxara biləcək hər-hansı addımlara yol verməmək üçün maksimum təmkinli olmağa çağırdıq”.

Rusiyalı nazir deyib ki, bu həftənin sonlarında Soçidə prezident Putinin Ermənistan prezidenti və daha sonra Azərbaycan prezidenti ilə ayrı-ayrı görüşləri planlaşdırılır: “Və onlar hamısı eyni vaxtda eyni yerdə olduğu zaman, Dağlıq Qarabağ haqqında danışıqlarsız keçinmək olmaz”.

“Rusiya etimadın möhkəmləndirilməsi və qarşıdurma riskinin azaldılması üçün ATƏT-in Minsk qrupu adından tərəflərlə danışacaq”- deyə Lavrov əlavə edib.

Onun sözlərinə görə, Rusiya Minsk qrupunun həmsədrlərindən biri olan ölkə kimi, hələlik nizamlanmanın siyasi prinsiplərini əks etdirən sənədin imzalanmasına mane olan bir neçə məsələnin həllinə, tərəflərin onlar üçün qəbul edilən paket formalaşdırmasına kömək etmə üçün Amerikalı və Fransalı tərəfdaşlarla birlikdə az səy göstərmir.

“Bunu etmək asan deyil, bu günə qədər çox cəhdlər edilib və hər dəfə elə görünürdü ki, biz artıq razılıq əldə ediləcək mühüm mərhələyə yaxınlaşmışıq, amma nə isə mane olub. Buna görə proqnoz etməyəcəyəm” – Lavrov müsahibəsini bu fikirlərlə bitirib.

Ana səhifəXəbərlərLavrov prezidentlərin Soçi görüşünü təsdiq etdi