***
Türkiyənin “Hürriyet” qəzeti yazır ki, Las-Veqasda Route 91 Harvest konsertində ölənlərin sayı 50 nəfəri ötüb, yaralılar isə 200-dən çoxdur.
Yerli polis rəisi Jozef Lambardo ölənlərin arasında polis nümayəndələrinin də ola biləcəyinə ehtimal edir. Yaralanan iki polisdən birinin durumu ağırdır.
O, hadisəni törədən 64 yaşlı yerli sakin, Stiven Paddoku zərərsizləşdirdiklərini deyib.
***
Ərazidə yaşayan bir nəfər şübhəli qismində saxlanılıb
ABŞ-ın Las-Veqas şəhərində atışma baş verib. Musiqi festivalı iştirakçılarına açılan atəş nəticəsində 20-dən çox insan həlak olub, 100-dən çox yaralı var.
“Reuters”
agentliyinin məlumatına görə, ölənlər arasında polis əməkdaşları da var.
İlkin məlumata əsasən, naməlum şəxs kazinoda konsertə gələn şəxslərə atəş açıb. Polisin yaydığı xəbərdarlıqda insanların həmin ərazidən uzaqlaşması xahiş olunub.
Las-Veqas polisinin rəisi basqında bir nəfərin şübhəli olduğunu, həmin şəxsin də ərazidə yaşadığını
söyləyib
. Polis rəisi onu da deyib ki, sosial mediada həddən artıq yanlış məlumatlar yayılıb. O, ərazidən partlayıcı maddənin tapılmadığını, bununla bağlı yayılan xəbərlərin yanlış olduğunu bildirib.