Lamiyə Quliyeva oğlunu məhkəməyə gətirdi

“İstəmirəm uşağıma həbsxanada tərbiyə verim. 15 yaşından həbsxanadayam, 17 illik həbs altında bu qərarı vermişəm”

Source:


“İstəmirəm uşağıma həbsxanada tərbiyə verim. 15 yaşından həbsxanadayam, 17 illik həbs altında bu qərarı vermişəm”

Fevralın 13-də Şəmkirin keçmiş icra başçısı Aslan Aslanovun oğlunun qətlinə görə həbs edilən və həbsxanada başqa bir ittihamla cəza müddəti 5 il yarım artırılan Lamiyə Quliyeva ilə bağlı Bakı Apelyasiya Məhkəməsində məhkəmə prosesi başlayıb.

L.Quliyevanın cəzasının artırılmış hissəsinin ağır olmasına dair prokuroluq vəsatət qaldırıb, məhkəmə də bu işə baxır.

L.Quliyeva məhkəməyə oğlu ilə gəlib.

Vəkil Fəxrəddin Mehdiyev 2 vəsatət qaldırıb: Məhkəmə prosesi qismən istintaqla aparılsın; Lamiyə Quliyeva barəsində həbs-qətimkan tədbiri dəyişdirilsin.

Məhkəmə vəsatətləri rədd edib.

Prosesdə L.Quliyeva çıxış edib.

O deyib ki, dövlət başçısından və müvafiq orqanlardan azadlığa buraxılmasına qərar verilməsini xahiş edib. Məhbus deyib ki, uşağının həbsxanada böyüməsini istəmir. “İstəmirəm uşağıma həbsxanada tərbiyə verim. 15 yaşından həbsxanadayam. Törətdiyim əməldən peşmanam. Amma o əməli törətməyə əsasım olub. Buna görə həyatım məhv oldu…”, – deyə o bildirib.

L.Quliyeva həbsxanada uşaq dünyaya gətirdiyi üçün onu qınamamağı çağırıb. “17 illik srok altında bu qərarı vermişəm”, – deyə o bilidirb.

L.Quliyeva azadlığa buraxılamısını xahiş edərkən göz yaşlarını saxlaya bilməyib.

Zaldan çıxanda isə o, “Ədalətli insanların hər birinə minnətdarlığımı bildirirəm” deyə ictimaiyyətə mesaj göndərib.

Məhkəmə prosesi fevralın 20-də davam edəcək.

Ana səhifəXəbərlərLamiyə Quliyeva oğlunu məhkəməyə gətirdi