Laçınlı məcburi köçkünlərin etiraz aksiyasında həbs olunanlar var (VİDEO)

Oktyabrın 2-də Laçın rayon sakinləri aksiya keçirib. Aksiyaya  səbəb rayonun icra başçısı Akif Səlimovun sakinlərə verilməli olan torpaqları başqalarına satmasıdır. Aksiya ərazisində etirazçılara polis müdaxiləsi var. 2 nəfər həbs edilib. İlqar  Məmmədov və Aslan İbrahimovun hərəsinə 15 sutka inzibati cəza verilib.

Etirazçıların bildirdiyinə görə, həbs edilənlər polis bölməsində döyülüb. Aslan İbrahimovun ürək xəstəliyindən əziyyət çəkdiyini dəyən anası Sahibə İbrahimova MeydanTv-yə deyib ki, oğlunun həkimə ehtiyacı olsa da, yanına həkim buraxılmır.

Şahidlərin sözlərine görə, Laçın rayon polis şöbəsində müvəqqəti saxlama təcridxanası olmadığı üçün həbs edilənlər Ağcabədi rayonuna göndəriliblər.

Ana səhifəVideoLaçınlı məcburi köçkünlərin etiraz aksiyasında həbs olunanlar var (VİDEO)