Aqil Nəzərli həm də hakim partiyanın rayon təşkilatının sədridir
Prezident Ilham Əliyevin sərəncamıyla Aqil Ağaxan oğlu Nəzərli Laçın Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
Bu barədə məlumatı Azərtac yayıb.
Laçın Rayon İcra Hakimiyyətinin başçısı Akif Səlimov martın 3-də vəzifəsindən azad edilib.
Aqil Nəzərli əvvəllər icra başçısının müavini və sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri olub.
O, həm də hakim partiyanın rayon təşkilatının sədridir.