22 yaşlı gənc ayağından xəsarət alıb
Laçın rayonu Sus kəndi ərazisində mal-qara otaran çoban piyada əleyhinə minaya düşüb. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidməti məlumat yayıb.
Minaya düşən 2001-ci il təvəllüdlü Ramil Əzizovdur. Onun ayağından xəsarət aldığı bildirilir.
“Ramil Əzizov ərazidə xidmət aparan polis əməkdaşları tərəfindən xəstəxanaya çatdırılıb. Araşdırma aparılır”, – DİN-in mətbuat xidmətindən bildirilib.
2020-ci il noyabrın 10-da müharibənin dayandırılması haqda razılaşmanın imzalanmasından bu yana minaların partlayışı nəticəsində hərbi qulluqçu və mülki şəxs olmaqla ümumilikdə 51 nəfər həlak olub, 239 nəfər isə xəsarət alıb.
Bu barədə Meydan TV-yə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.