KXCP üzvünü vəhşicəsinə döyüb öldürüblər

Qarabağ döyüşlərində iştirak etmiş Aydın Xəlilov öldürüldükdən sonra üzərindən maşınla keçiblər.

Source:

Qarabağ döyüşlərində iştirak etmiş Aydın Xəlilov öldürüldükdən sonra üzərindən maşınla keçiblər.

Martın 4-də günorta saatlarında Salyanda KXCP üzvü Aydın Rafiq oğlu Xəlilovu vəhşicəsinə döyüb öldürüblər. Bu haqda Meydan TV-yə KXCP sədri Mirmahmud Mirəlioğlu məlumat verib. Partiyanın sədrinin sözlərinə görə, Aydın Xəlilovu yaşadığı Salyanın Qaraçala kəndindəki evindən naməlum şəxslər çağırıb:

“Üzvümüz həmin şəxsin gəldiyi qara rəngli “Prado”suna oturub və maşın Salyan- Şirvan istiqamətinə hərəkət edib. Evindən 500 metr aralandıqdan sonra Aydın Xəlilova bıçaqla vurublar, ardınca onu güllələyiblər. Sonradan isə Aydını  Salyan- Şirvan yoluna ataraq meyitinin üstündən bir neçə dəfə keçiblər. Onun paltarları maşının altına ilişib buna görə asfaltın üstündə sürünüb”.

M.Mirəlioğlu bildirdi ki, Aydın Xəlilovu aparan avtomobilin nişanları palçıqlı olduğundan müəyyən etmək olmayıb.

“Aydın Xəlilov birinci Qarabağ müharibəsində iştirak edib və rayonda nüfuzlu şəxs hesab edilir. Ona bir nəfərin gücü çatmazdı, bu qətldə bir neçə nəfər iştirak edib”-deyə partiya sədri bildirdi.

O, ilkin qənaəti haqqında heç nə deyə bilməyəcəyini söylədi.

Ana səhifəXəbərlərKXCP üzvünü vəhşicəsinə döyüb öldürüblər