”Yalnız Azərbaycan Respublikasının parlamentli respublikaya çevrilməsi məqsədi ilə referendum keçirilməlidir”
Klassik Xalq Cəbhəsi Partiyası (KXCP) Konstitusiyaya ediləcək dəyişikliklərdən narahatdır. Partiya bununla bağlı məlumat yayıb. Meydan TV-yə daxil olan məlumatda bildirilir:
“1995-ci ildə qəbul edimiş AR Konstitusiyanın bəzi maddələri ilə “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya aktının prinspləri pozulmuş, ölkəmizin dövlət quruluşu ilə bağlı ziddiyyətlər və Qarabağ probleminin dərinləşməsi istiqamətində çox ciddi problemlər yaradılıb. Buna baxmayaraq, 2002 və 2009-cu illərdə keçirilən referendumlar bu ziddiyyətləri aradan qaldırmaq, dövlətimizin varislik prinsipini bərpa etmək əvəzinə, hakimiyyətin ailə daxilində ötürülməsi kimi məsələlərin həllinə yönəldilib. İndi isə iqtidar ailə hakimiyyətinin uzun müddətliliyini təmin etmək üçün üçüncü dəfə referendum keçirmək niyyətindədir. KXCP belə referendumun keçirilməsinə qəti etirazını bildirir”.
KXCP bir daha xatırladır ki, Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya aktına əsasən yalnız və yalnız Azərbaycan Xalq Cümhuriyyətinin varislik prinsipini təmin etmək, yəni Azərbaycan Respublikasının parlamentli respublikaya çevrilməsi məqsədi ilə referendum keçirilməlidir.