“Kütləvi informasiya vasitələri haqqında” qanununa dəyişiklik edilməsi təklif olunur

Zahid Oruc: Mövcud qanunda dəyişiklik edilməlidir ki, Müdafiə Nazirliyinin xəbərləri birinci olsun

Source:


Zahid Oruc: Mövcud qanunda dəyişiklik edilməlidir ki, Müdafiə Nazirliyinin xəbərləri birinci olsun

Milli Məclisin 30 sentyabr plenar iclasında Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev bir neçə təkliflə çıxış edib. “Report” xəbər verir ki, deputat çıxışında səhiyyə qanunvericiliyində müəyyən dəyişikliklərin edilməsini zəruri saydığını bildirib.

O deyib ki, narahatedici məqamlardan biri uşaqların anadangəlmə danışma və eşitmə qüsurlu doğulması ilə bağlıdır: “Statistika var ki, Azərbaycanda ildə 130-150 belə uşaq doğulur. Halbuki, problemi aradan qaldırmaq üçün həmin uşaqlar 3 yaşına kimi əməliyyat oluna bilər. Lakin bu əməliyyat həmin uşaqların ailəsinə çox baha başa gəlir. Səhv etmirəmsə, bu əməliyyat üçün 20-30 min manat tələb olunur. Təbii ki, aşağı təbəqəli ailələrin bu məbləği verəcək imkanları yoxdur. Hesab edirəm ki, bu kimi xəstəliklərin həlli üçün 2-2,5 milyon pul ayrılması kifayət edər. Ona görə də səhiyyə sahəsində qəbul olunan qanunvericiliyə müəyyən dəyişiklik edilməlidir”.

Komitə sədrinin müavini, həmçinin müəllimlər və həkimlərə ipoteka kreditlərinin verilməsində müəyyən güzəştlərin edilməsini də təklif edib: “Hər kəsə bəllidir ki, bu peşənin sahiblərinin maaşları kifayət qədər yaxşı olmadığından, onlar ipotekadan yararlana bilmirlər. Təklif edirəm ki, “İpoteka haqqında” qanunda bir sıra dəyişiklik edilsin. Hətta müəllim və həkimlər həmin qanunda xüsusi kateqoriyalı şəxslər kimi qeyd olunsun ki, onlar ipoteka kreditlərini güzəştli şəkildə götürə bilsinlər”.

Deputat Zahid Oruc isə “Kütləvi informasiya vasitələri haqqında” qanunda dəyişiklik edilməsini təklif edib: “Son vaxtlar cəbhə xəttində vəziyyətin gərginləşməsi müşahidə olunur. Bəzi mətbuat orqanları qeyri-məhdud səviyyədə yazılar dərc edir. Ona görə də mövcud qanunda dəyişiklik edilməlidir ki, Müdafiə Nazirliyinin xəbərləri birinci olsun. Cəbhə xəbərləri ön sırada saxlanılmalıdır”.

Ana səhifəXəbərlər“Kütləvi informasiya vasitələri haqqında” qanununa dəyişiklik edilməsi təklif olunur