Kürdəmirdə təcili yardım maşını yük avtomobili ilə toqquşub, ölənlər var

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin İstintaq və Təhqiqat Şöbəsində araşdırma aparılır

Source:


Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin İstintaq və Təhqiqat Şöbəsində araşdırma aparılır

Yanvarın 3-də səhər saatlarında Kürdəmir rayonunda Tural Süleymanovun idarə etdiyi, Ucar Mərkəzi Rayon Xəstəxanasına məxsus “Ford” markalı təcili tibbi yardım maşını ilə Qalib Hüseynovun sürdüyü “KamAZ” markalı yük maşını toqquşub.

Nəticədə “Ford” markalı maşında olan Ucar rayon sakini 1963-cü il təvəllüdlü Şəhla Əzizova hadisə yerində ölüb. Tibb bacısı Validə Xəlilova isə Kürdəmir Mərkəzi Rayon Xəstəxanasında vəfat edib. Sərnişin Xəyalə Mehdiyeva müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

APA yazır ki, təcili yardım avtomobilində olanlar hadisə nəticəsində ölən Şəhla Əzizovanın qızını Bakıdakı klinikalardan birinə yerləşdirib geri dönürmüşlər.

Zərbənin gücündən “Ford” markalı maşında yanğın baş verib. Yanğın səbəbindən yol 3 saata yaxın bağlı qalıb.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin İstintaq və Təhqiqat Şöbəsində araşdırma aparılır.

Ana səhifəXəbərlərKürdəmirdə təcili yardım maşını yük avtomobili ilə toqquşub, ölənlər var