Kürdəmir, Tərtər və Ağdam icra başçıları dəyişdirildi

Azərbaycan respublikasının prezidenti İlham Əliyev Kürdəmir Rayonuna yeni icra başçısı təyin edilməsi ilə bağlı sərəncam imzalayıb.

Source:
SONY DSC
SONY DSC
SONY DSC

Azərbaycan respublikasının prezidenti İlham Əliyev Kürdəmir Rayonuna yeni icra başçısı təyin edilməsi ilə bağlı sərəncam imzalayıb.

Meydan.tv Prezidentin mətbuat xidmətinə istinadən xəbər verir ki, sərəncama əsasən Ceyhun Fərrux oğlu Cəfərov Kürdəmir rayonu İcra hakimiyyətinin başçısı təyin edilib.

Dövlət başçısının digər sərəncamı ilə Raqub Məmmədov Ağdam rayonu İcra hakimiyyətinin başçısı təyin edilib.

Xatırladaq ki, Ceyhun Cəfərov 2011-ci ildən Tərtər rayonu İcra hakimiyyətinin başçısı vəzifəsini icra edirdi. Raqub Məmmədov isə MTN-nin Tərtər rayon şöbəsinin rəisi idi.

Prezidentin bu gün imzaladığı sərəncama əsasən Ceyhun Cəfərov Tərtər rayonu İcra hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Onun yerinə kimin təyin olması ilə bağlı qərar hələ ki, elan olunmayıb.

Ana səhifəXəbərlərKürdəmir, Tərtər və Ağdam icra başçıları dəyişdirildi