Kürdəmir rayon İcra Hakimiyyətində prokurorluğun əməliyyat keçirdiyi bildirilir (yenilənir)

Ötən ilin dekabrından Dövlət Təhlükəsizlik Xidməti bir sıra rayon icra hakimiyyətlərində, nazirliklərdə və digər dövlət qurumlarında antikorrupsiya əməliyyatları keçirir.

Source: Specify Source

***


Kürdəmir rayonundan Meydan TV-yə verilən məlumata görə, bu gün icra başçısı Ceyhun Cəfərov daxil olmaqla 5 məmur saxlanılıb:


"Həbslər saat 12-dən sonra həyata keçirilib".

***


“İcra başçısı saxlanılıb”

Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin avqustun 19-da Kürdəmir rayon İcra Hakimiyyətində əməliyyat keçirdiyi bildirilir.

“Report” saytının məlumatına görə, əməliyyat zamanı 5 nəfər saxlanılıb. Məlumatda saxlanılanların üçünün adı da qeyd olunub. Bunlar Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərov, icra başçısının birinci müavini Tacəddin Novruzov, ərazi idarəetmə şöbəsinin müdiri Natiq Kərimovdur.

Ötən ilin dekabrından Dövlət Təhlükəsizlik Xidməti bir sıra rayon icra hakimiyyətlərində, nazirliklərdə və digər dövlət qurumlarında antikorrupsiya əməliyyatları keçirir.

Belə əməliyyatlar Ağstafa, Neftçala, Biləsuvar, İmişli rayon icra hakimiyyətlərində olub, rayonların icra başçıları və bir sıra digər yüksək vəzifəli məmurlar həbs ediliblər.

Bundan başqa DTX Mədəniyyət və Xarici İşlər nazirliklərində, Dövlət Sərhəd Xidmətində də eyni əməliyyatları keçirib, qurumun bir sıra rəsmilərini həbs edib.

Sonradan Mədəniyyət naziri Əbülfəz Qarayev, Xarici işlər naziri Elmar Məmmədyarov vəzifələrindən azad ediliblər.

Ana səhifəSiyasətKürdəmir rayon İcra Hakimiyyətində prokurorluğun əməliyyat keçirdiyi bildirilir (yenilənir)