Kürd referendumunu dəstəkləyən məmur işdən çıxarılıb

Laçın Rayon İcra Hakimiyyəti iclas keçirib, qərar qəbul edib

Source:
Fizuli Tanrıverdiyev
Fizuli Tanrıverdiyev
Fizuli Tanrıverdiyev
Fizuli Tanrıverdiyev


Laçın Rayon İcra Hakimiyyəti iclas keçirib, qərar qəbul edib

Laçın Rayon İcra Hakimiyyətinin (RİH) Hüquq şöbəsinin müdiri Fizuli Tanrıverdiyev vəzifəsindən azad edilib.

Məlumatı “Report”

yayıb

. Bildirilir ki, bununla bağlı Laçın RİH-də iclas keçirilib və F.Tanrıverdiyevin işdən çıxarılması barədə qərar qəbul olunub.

Hələlik İcra Hakimiyyətinin Hüquq şöbəsinin müdiri vəzifəsinə təyinat olmayıb.

F.Tanrıverdiyev “Facebook” səhifəsində İraq Kürdüstanının müstəqilliyini dəstəklədiyini

yazıb

. Şimali İraq Kürd Muxtariyyətinin rəhbəri Məsud Bərzaninin fotolarını paylaşan məmur “Qafqazinfo”ya

açıqlamasında

 deyib ki, əgər rəsmi qaydada açıqlama tələb olunsa, danışacaq:

“Dövlətimiz mənə etimad göstərib, bu işə təyin olunmuşam. Əgər bu etimadı əməlimdə doğrultmamışamsa, dövlətə və dövlətçiliyimizə qarşı yanlışlığa yol vermişəmsə, bu zaman işdən çıxarıla bilərəm. Başqa heç nə ola bilməz. Kiminsə mənimlə qəsd-qərəzliyi yoxdur. Mənim də heç kimlə qərəzim yoxdur”.

Ana səhifəXəbərlərKürd referendumunu dəstəkləyən məmur işdən çıxarılıb