“Əhalinin məskunlaşdığı ərazilərdə, yeni yaşayış massivlərində daşınmaz əmlak və nəqliyyat infrastrukturu obyektlərinə ünvanlar verilsin”
Ombudsman bəzi çoxmənzilli binalarda mənzillərin satılmasına qanunla qadağa qoyulmasını təklif edib.
Bu, İnsan hüquqları üzrə müvəkkilin (Ombudsman) 2020-ci il üzrə məruzəsində yer alıb.
Təklifdə qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qəbul komissiyası tərəfindən istismarına icazə verilməyən, daşınmaz əmlakın dövlət reyestrində xüsusi mülkiyyət kimi qeydiyyata alınmayan və sığorta edilməyən mənzillərə tətbiq edilməsi qeyd edilir.
Bundan başqa, Ombudsman əhalinin məskunlaşdığı ərazilərdə, yeni yaşayış massivlərində daşınmaz əmlak və nəqliyyat infrastrukturu obyektlərinə ünvanların verilməsinin təmin olunmasını təklif edib.