Dekabrın 4-də “Günəşli” yatağı platformasında baş verən yanğında itkin düşənlərdən 7 nəfərin cəsədi tapılıb.
Həlak olanlardan Fuad Tağıyev Bülbülə qəsəbəsindəki qəbiristanlıqda torpağa tapşırılıb. 1981-ci il təvəllüdlü Fuad Tağıyev ailəli idi. 10 yaşlı oğlu və 3 aylıq qızı olan Fuad Tağıyev xilasedici idi.
Dəfndə SOCAR-ın nümayəndələri də iştirak edib. Dalğıc-qəza Xilasetmə İşləri İdarəsinin baş mühəndisinin sözlərinə görə, 10 metrdən yüksək olan dalğanın qarşısında texnika az kömək edir