Mənbə: Meydan TV

Küçədə əl açan 85 yaşlı ahıl: "Mənə indi yemək lazımdır"

Küçədə əl açan 85 yaşlı ahıl: "Mənə indi yemək lazımdır"

“200 manat pensiya verir. 200 manata mən neyləyim? Nə verirlər 200 manata? Bazara gedirsən, elə 100 manat qoyub gəlirsən, sonra mən bir ay nə yeyim?! İşıq pulu ver, qaz pulu ver, su pulu ver... Hə, nə yeyim? Dünyanın meyvəsinə həsrətəm. Görürəm biri bir mandarin aparır, deyirəm, ay oğlum, ondan bir dənə ver mənə yeyim”

85 yaşlı Sonaxanım Gözəlova bu yaşda küçəyə çıxmağın qadağan olunduğun bilir. Amma küçəyə çıxıb, əl açıb insanlardan kömək istəməsə, ac qalacağını deyir.

“5-10 köpük verirlər mənə, gedirəm bir butulka şirin su alıram, bir dənə peçenya alıram. İndi deyirdim gedəndə bir dənə pryannik alım aparım. Bir-iki saat oturub gedirəm”.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/us3ysq

Ən çox baxılan