Küçə ticarətindən çörək çıxaranlar

Koroğlu metrostansiyasının qarşısında tanış mənzərədir – yaşlısı, cavanı, qadını, kişisi – insanları nəsə almağa çağırırlar. Küçə ticarətçisi kimi hamı tanıyır onları – amma bu ümumi adın arxasında hərənin öz qayğısı var. 12 yaşından valideynlərini itirən Səmayə Kərimova Bakıda kirayə qalır. Satışdan qazandığı evin pulunu ödəməyə ancaq yetir. Yemək və paltar ehtiyaclarını qonşuları, tanışları qarşılayır.

İş qabiliyyətini itirib deyə, hər gün bir neçə saat yalnız bu cür pul qazanmağa gücü çatır. 3 uşaq atası Zülfüqar Əhmədovu səyyar satış etməyə vadar edən iflic övladının müalicəsidir. Buna görə gündüzlər mühafizəçi işləyir, axşamlar isə səyyar satışla məşğuldu. Tacirlər və istehsalçılar birliyinin sədri Sevgim Rəhmanov deyir ki, konkret qanun olmadığı üçün küçə ticarətinin tənzimlənməsində qeri-müəyyənlik və boşluqlar var. Nazirlər Kabinetinin 2014-cü il tarixli qərarında səyyar ticarətin qadağan olduğu bir sıra yerlər sadalanır.

Ticarət üçün müəyyən edilmiş sahələr aydın göstərilməyib. Dəfələrlə zəng etsək də, Daxili işlər Nazirliyinin münasibətini almaq mümkün olmadı.

Ana səhifəVideoKüçə ticarətindən çörək çıxaranlar