Mənbə: Meydan Tv

Küçə ticarəti ilə məşğul olan şəxs özünü yandırıb

Məqalə yeniləndi:  2 İyun 2021

Küçə ticarəti ilə məşğul olan şəxs özünü yandırıb

“Məhsullarımı vəhicəsinə dağıtdıqlarını görəndən sonra dözmədim və özümü yandırdım”

Birinci qrup əlilliyi olan Məhəmməd Hacıyev Binəqədi Rayon İcra Hakimiyyətinin birinci mavini İlqar Süleymanovdan və Malik Orucovdan şikayətçidir.

Meydan TV-yə danışan Məhəmməd Hacıyev adlarını çəkdiyi şəxslərin sifarişiylə Beynəlxalq Avtovağzalda döyüldüyünü iddia edir. Bildirir ki, həmin şəxslər daha öncələr də onu hədələyiblər:

“Açıq şəkildə başımı kəsəcəkləri ilə qorxudurdular. Bu gün isə meyvə-tərəvəz satdığım yerdə icra hakimiyyəti polisləri əraziyə göndərərək məni növbəti dəfə təhqir etdirdi. Məhsullarımı vəhicəsinə dağıtdıqlarını görəndən sonra dözmədim və özümü yandırdım”.

Məhəmməd Hacıyev hazırda xəstəxanadadır, ona 3-cü dərəcəli yanıq diaqnozu qoyulub. Şikayətçi Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya müraciət edir. Onlardan İlqar Süleymanovun və Malik Orucovun cəzalandırmalarını xahiş edir.

Məhəmməd Hacıyev 1973-cü ildə Kəlbəcərdə doğulub. Deyir ki, Birinci Qarabağ Müharibəsində iştirak edib.

İş vaxtı bitdiyindən məsələyə Binəqədi Rayon İcra Hakimiyyətindən mövqe öyrənmək mümkün olmayıb.

Ancaq Məhəmməd Hacıyevin bu gün özünü yandıraraq intihara cəhd etməsi ilə bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən açıqlama verilib.

Həmin açıqlamada bildirilir ki, qəsəbə ərazisində piyadaların hərəkət hissəsində yolu zəbt edərək, qanunsuz quraşdırılan küçə ticarəti piştaxtası yığışdırılan zaman Məhəmmədəli Hacıyev özünü yandırmağa cəhd edib:

“Bu cəhdin qarşısı alınaraq, o, dərhal yüngül yanıq xəsarətilə müvafiq xəstəxanaya çatdırılıb. Bu, onun birinci əməli deyil, dəfələrlə əlillik adından sui-istifadə edərək, belə hərəkətlərə cəhdlər göstərib”.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Məqalə yeniləndi:  2 İyun 2021
Bölmələr:  
qısa linklər:   http://mtv.re/acydmx

Ən çox baxılan