Mənbə: Manchester United

Kriştiano Ronaldo yenidən "Mançester Yunayted"də

Futbol üzrə Portuqaliya milli komandasının kapitanı Kriştiano Ronaldonun yeni klubunun adına rəsmən aydınlıq gəlib

Meydan.TV xəbər verir ki, 36 yaşlı hücumçu bundan sonrakı karyerasını keçmiş klubu “Mançester Yunayted”də davam etdirəcək. Bu barədə İngiltərə klubunun mətbuat xidməti məlumat yayıb. Amma tərəflər arasındakı müqavilənin müddəti və digər detallar barədə məlumat verilməyib.

Ronaldo 2018-ci ildən “Yuventus”da çıxış edirdi. O, 2003-2009-cu illər aralığında məhz “Mançester Yunayted”də forma geyinib. Portuqaliyalı hucumçu bu komandanın heyətində meydana çıxdığı 292 oyunda 118 qola imza atıb.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/xqqeft

Ən çox baxılan