Dni.ru
yazır ki, ölənlərin sayı 19, yaralananlar isə 74 nəfərə çatıb. Tələbələrə atəş açan 4-cü kurs tələbəsi Vladislav Roslyakov sonradan özünü öldürüb.
10 nəfərin öldüyü, 50 nəfərin yaralandığı bildirilir
Krım yarımadasının Kerç şəhərində Texnoloji kollecdə partlayış nəticəsində 10 nəfər ölüb, 50 nəfər yaralanıb.
Bu barədə Rusiya və Ukrayna mətbuatı xəbər verir.
Ukrayna mətbuatı
hadisənin kollecin yeməkxanasında qaz balonunun partlması səbəbindən baş verdiyini yazır.
Məlumata görə, yaralılardan 18 nəfəri xəstəxanalara çatdırılıb.
Rusiya mətbuatı isə, hadisənin terror aktı olduğunu iddia edir.
Lenta.ru
saytı Milli antitterror komitəsinə istinadən yazır ki, təhsil müəssisəsində hələlik mənşəyi bilinməyən partlayıcı qurğu işə düşüb.
Komitədən bildirilib ki, hadisə yerində Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları araşdırmaya başlayıblar, operartiv-axtarış əməliyyatı keçirilir.
“Kerç şəhərində təkrar partlayışların baş verməməsi üçün tədbirlər görülür”, məlumatda deyilib.
Yerli
“Tavrida”
telekanalı isə, kollecin direktoruna istinadən bildirib ki, naməlum şəxslər binaya daxil olaraq, atəş açıb və bir neçə partlayıcı qurğunu işə salıblar.
Rusiya Krım yarımadasını özünün tarixi ərazisi hesab edir. SSRİ dağıldıqdan sonra Ukraynanın tərkibində olan Krım Muxtar vilayətində referendum keçirilərək, Rusiyaya birləşmək haqqında qərar qəbul edilib.
Rəsmi Kiyev referendumun Rusiyanın təzyiqi və təsiri altında keçirildiyini və Krımın faktiki olaraq Rusiya tərəfindən işğal edildiyini bəyan edib.
ABŞ başda olmaqla, Qərb ölkələri Rusiyaya Krımın ilhaq edilməsi səbəbindən sanksiyalar tətbiq ediblər.