Kremlin “Qafqaz cəhənnəmi” planı

Bununla da həm Ermənistanı özündən asılı saxlamaq və bölgəyə Qərbin gəlişini uzun müddətli ləngitmək, həm də Xankəndi üçün rus qoşunlarını uzunmüddətli təhlükəsizlik jandarmına çevirmək.

Source: Meydan TV


Köçəryanı yeni silahlı qiyama və separatizmə hazırlayırlar?

Rusiyanın hakim partiyası “Vahid Rusiya” Ermənistanın hazırkı müxalifət lideri və ikinci prezidenti olmuş Robert Köçəryanı Moskvaya səfərə dəvət edib. Amma Ermənistan məhkəmələri Köçəryanın ölkədən çıxışına imkan verməyib. Onun haqqında prezident olduğu dövrdə korrupsiyaya yol verməsinə dair cinayət işi var. Xatırladaq ki, Ermənistanda iyun seçkilərindən öncə də Köçəryan Moskvaya getmək istəmişdi. Görünür, seşki mənzərəsinə xələl gəlməməsi üçün Ermənistan məhkəmələri onun ölkədən çıxmasına icazə vermişdilər. Köçəryan Rusiyaya getmiş ölkənin ən məşhur teleproqramlarından birinə müsahibə verərək platformasını bəyan və müdafiə etmişdi. İndi onun ölkədən çıxmasına qoyulan qadağa iki cür başa düşülə bilər: ya Paşinyan demək istəyir ki, mövqeləri bərkiyib və tərəfdarlarının dediyi kimi “dəmir mandat”ın gücündən istifadə edir, ya da sadəcə, erməni hakimiyyəti seçkiqabağı vəziyyətdən fərqli situasiyada qanunun tələblərini yerinə yetirir. Halbuki hər iki vəziyyətdə qərarın siyasi olduğu heç kimdə şübhə doğurmur.


Putinin “partiyası” nə planlayır

"Vahid Rusiya" Partiyasının hələ ki lideri Vladimir Putindir. Onun səhhəti ilə bağlı yaranan söz-söhbətlərin nə qədər əsaslı olduğunu demək çətindir. Amma aydın görünür ki, ölkənin müdafiə naziri özünü siyasətçi kimi aparır və ölkənin mülki sənaye infrastrukturuna baş çəkməyə başlayıb. Şoyqunun bu addımları onu deməyə əsas verir ki, Rusiyada hazırki siyasi vəziyyətdə Putin qədər olmasa da, ikinci mühüm təsirə malik şəxsdir. Bu zaman "Rusiyada keçirilmiş seçkilərin nəticələri Putini yoxsa, Şoyqunu razı salmalıdır?" sualı da aktuallaşır. Bu məsələnin bizim mövzu ilə birbaşa əlaqəsi odur ki, Köçəryan məhz yeni seçkilərdən (seçki tamaşasından) sonra Rusiyaya dəvət almışdı və ekspertlər düşünürdülər ki, burada təkcə Ermənistan və Rusiya münasibətləri, Paşinyanın necə tez yola salınması məsələsi yox, həm də bölgədə Rusiyanın daha üstün və arxayın mövqeyə gəlməsi məsələsi müzakirə olunacaqdı.

Köçəryanın Ermənistandakı siyasi gücünün Paşinyandan iki dəfəyə yaxın az olmasını nəzərə alsaq, deməli, burada vəziyyəti qeyri-siyasi yollarla dəyişdirmək məsələsi gündəmə gələ bilər. Köçəryan buna hazırdırmı? Əlbəttə. Burada plan iki ayrı hissədən ibarət ola bilər: Birincisi, Ermənistanda silahlı çevriliş və Petrosiyanın devrilməsi ssenarisinin təkrarı. İkincisi Paşinyan hakimiyyətindən narazı və coğrafi baxımdan Azərbaycanla üz-üzə olan və daha çox Rusiyaya ümid bəsləyən bölgəni Ermənistandan qoparmaqla qondarma “Dağlıq Qarabağ Respublikası”na birləşdirməyi elan etmək…

Bununla da həm Ermənistanı özündən asılı saxlamaq və bölgəyə Qərbin gəlişini uzun müddətli ləngitmək, həm də Xankəndi üçün rus qoşunlarını uzunmüddətli təhlükəsizlik jandarmına çevirmək. Paşinyan bu versiyanı görür. Çünki Rusiyanın siyasəti bölgədə qorxunc həddə çatdıqca dünya ictimai rəyində daha çox ifşa olunmağa başlayır. Kreml anlayır ki, Xankənidində qalması indiki Ermənistan hakimiyyəti üçün elə də maraqlı deyil. Üstəlik, Ermənistan, yəni Paşinyan Türkiyə ilə dialoqa cəhdlər edir. Belə bir şəraitdə Kremlin başqa bir separatizm yaradıb Ermənistanı da yaralamaq niyyəti niyə olmasın ki…


Azərbaycan üçün əsas təhlükə..

Məsələ burasındadır ki, Putin Paşnyanı devirməyi bacarmasa, ikinci varianda, yəni “Ermənistanda separatizm” – Sunik vilayətini Köçəryanın liderliyində qopara bilsə, bu parça ilə Xankənidnin arasındakı quru bölgəni işğal etmək istəyəcək. Bu plan baş tutarsa, Köçəryan erməni ictimai rəyində separatçıdan “fateh”ə çevrilmək imkanı qazanacaq ki, bu, Kremlə çox lazımdır. İkincisi, Rusiya nəzarət elədiyi Azərbaycan torpaqlarının miqyasını böyüdəcək və yenidən burada özünü neytral oyunçu kimi aparmağa fürsət qazanacaq. Nəhayət, Azərbaycana birbaşa və dolayı təzyiqlərini ikiqat artırmış olacaq.

Hazırki hərbi və siyasi konyukturada bu, Rusiya üçün bölgədə ölüm riski demək ola bilər, amma nəzərə almaq lazımdır ki, Ermənistanın sürətlə Qərbə getməsi və Azərbaycan Türkiyə münasibətləri, Türkiyənin NATO üzvü olması, ABŞ-da Türkiyənin bölgə siyasətinə ilıq yanaşma Moskvanı demək olar ki, boğur. Təsadüfi deyil ki, Rusiya özünü təmkinli və regionun sabitliyinin moderatoru kimi aparmağa üstünlük vermək əvəzinə, konkret qıcıqlandırıcı addımlar atır. Yəni özünü artıq əvvəlki güc və arxayınlıqda hiss etmir.

Azərbaycan ərazilərində yeni yüksəkliklərə can atması isə yeni hərbi əməliyyatlara ehtiyac ola biləcəyi üçündür. Rəsmi Bakı daxildə Kremlin bütün uzantılarına qarşı cəsur davranmalıdır. Ukrayna nümunəsi göstərdi ki, Moskva Zelenskinin rusmeyilli TV-ləri bağlamasına və Kreml yanlısı siyasətçiləri, iş adamlarını sıradan çıxarmasına heç nə edə bilmədi. Xaricdə isə Türkiyə ilə hərbi münasibətlərini daha konkret sənədlərlə bərkitməli, üstəlik, Rusiya əleyhinə yaranmış yeni hərbi bloklarla təmasını qorumalı, NATO ilə sıx dialoqda olmalıdır.

Ana səhifəXəbərlərKremlin “Qafqaz cəhənnəmi” planı