Kremldəkilər bilirdi…

Mütəllibovun Əliyevçi adamları

Source:

Heydər Əliyev Mütəllibov hökumətindəki Rusiya agenturası və özünə bağlı şəxslərlə iqtidarın fəaliyyətini sabotaj etməklə məşğul idi. Briqada komandirləri Səfər Əbiyev, Nəcməddin Sadıqov, Elbrus Orucov, icra başçılarından Nizami Bəhmənov, Elman Məmmədov bu işdə çox fəal idilər. Bu sabotajlar bəzən maraqlı suallar doğurur.

Heydər Əliyev niyə bunları etsin ki, axı özü hakimiyyətə gəlmirdi. AXC-nin rəqibini zəiflətmək onun nəyinə lazım idi? Bu suala xeyli cavab var. Heydər Əliyev hərəkatdakı casusların da fəaliyyətini bu proseslərlə əlaqələndirib AXC əleyhinə kampaniya qururdu. O, bunu etməsəydi, deməli Ayaz Mütəllibov haqqında propoqanda birtərəfli qaydada AXC-nin xeyrinə işləyərdi. Əliyev uydururdu ki, AXC onunla əlaqəlidir. O, buna sübut kimi Moskvaya bağlı olanların AXC daxilindəki bir-iki epizodik hərəkətini misal gətirirdi. Bizim üçün bunun səbəbi aydındır. Amma hörmətli oxucu ilə də bölüşmək pis olmazdı.

Birincisi, o, rəqibini və ya rəqiblərini zəiflətmək üçün çalışırdı və ümumi planda öz işini görürdü. İkincisi, Heydər Əliyev bu məsələlərdə tək deyildi. Xocalı soyqırımında 366-cı alayın iştirakı deməyə əsas verir ki, Moskva da Mütəllibovun əleyhinə idi. Onu zəiflətmək üçün Kremlə Əliyevdən daha sədaqətli olan Elbrus Orucov canfəşanlıq edirdi. Şuşanın və Laçının təslim edilməsinə o “liderlik” edirdi.

Üçüncüsü, Heydər Əliyev və Kremldəkilər bilirdilər ki, bu işğallar Mütəllibovu nüfuzdan salacaq və “Qarabağ” probleminin dərinləşməsi ilə güclənən ultramillətçi cəbhəçilər onunla dil tapmaqdan imtina edəcək, onu bir an öncə devirmək istəyəcəklər. Bununla da Heydər Əliyev o zaman üçün hakimiyyətə gələ bilməsə də, əsas rəqiblərini birləşməyə qoymayacaq.

Bu ssenari üçün Kreml ona lazım olan bütün dəstəyi verirdi. Heydər Əliyevin əməllərində, planlarında hansısa mənəvi rasional, ya da siyasi, maddi element olmayıb-hakimiyyətə gəlməkdən başqa. Onun qurduğu sistemin hər elementi “hakimiyyətə gəlmək üçün hər şey” deyirdi. O, sadəcə bir şey istəyirdi-hakimiyyətə gəlmək. Başqalarının vasitə hesab etdiyi onun üçün hədəf idi. O, aza qane olmağı seçmişdi.



P.S. Bu məqalə Azərbaycanın 1991-2002, 2002-2014-cü illərindən bəhs edən “Antiqayıdış” sənədli filminin ssenarisidir. Ardı var…


Yazıdakı fikrilər müəllifin şəxsi mövqeyini əks etdirir.

Ana səhifəMənim FikrimcəKremldəkilər bilirdi…