Kremldə Azərbaycan prezidentinin reveranslarını diqqətə almağa hazır deyillər

Rusiyanın Azərbaycana, o cümlədən Belarus və Qazaxıstana gələcək münasibəti əsasən Ukrayna ətrafında vəziyyətin inkişafı ilə müəyyən olunacaq

Source:


Rusiyanın Azərbaycana, o cümlədən Belarus və Qazaxıstana gələcək münasibəti əsasən Ukrayna ətrafında vəziyyətin inkişafı ilə müəyyən olunacaq


Azərbaycan-Rusiya münasibətləri növbəti soyuma dövrü yaşayır, bu, Qərbin sanksiyaları şəraitində Moskvanın qızğın şəkildə alternativ əməkdaşlıq yolları nümayiş etdirdiyi, bu yollardan birinin Azərbaycana çıxdığı ötən yayda olan fəallığın heçə enməsində özünü göstərir.

Rusiya hakimiyyətinin müxtəlif qollarının bütün mümkün nümayəndə heyətləri həmin vaxt çox şey vəd edən iqtisadi əməkdaşlıq imkanlarından ikitərəfli sevgi dolu mədhiyyələr nümayiş etdirdilər – Rusiya iqtisadiyyatına bəyan edilən çoxmilyonluq və hətta milyardlıq Azərbaycan investisiyalarından öz-özünə aradan qalxmış Qərb idxalını əvəz edəcək meyvə-tərəvəz tədarükünə qədər.

Lakin proqnozlaşdırılan investisiyalar, nə neft-qaz yataqlarının birgə işlənməsi üzrə və bir çox digər planlar həyata keçirilmədi. Bundan başqa, yüksək səviyyəli münasibətlər donub. Ukraynada müharibə və artan güc siyasəti iki ölkə arasında münasibətlərdə suayrıcına çevrildi. Azərbaycan prezidentinin Rusiya ilə qonşu olan digər ölkələrin – Belarus və Qazaxıstanın prezidentləri kimi, artmaqda olan rus təhlükələri ilə bağlı narahatlıq ifadə etdi. Yanvarın 27-də Bakıda hökumət konfransındakı çıxışında İlham Əliyev adı çəkilməyən ölkələrdən və qüvvələrdən gələn hədələri qeyd edib. Əlbəttə ki, onun ifadə etdiyi narahatlıq ötən ilin noyabrında Rusiya prezidenti Vladimir Putinin qazaxların dövlətçilik ənənələrinin olmaması haqqında bəyanatından sonra prezident Nursultan Nazarbayevin xalqa müraciətdə səsləndirdiyi narahatlıqdan daha üstüörtülü idi. Belarus prezidenti Aleksandr Lukaşenko fikrini daha açıq şəkildə ifadə edir, o, preventiv formada Rusiyanı Belarusa qarşı Ukrayna kimi ekspansionist planlardan çəkindirir.

Şimal təhlükələri mövzusu Almaniyada da səslənib, kansler Angela Merkelin yanvarın 21-də Əliyevlə görüşdən sonra verdiyi bəyanat buna dəlalət edir. Həmin vaxt Merkel birmənalı olaraq bildirib ki, Rusiya və Ermənistan Qarabağ münaqişəsinin tənzimlənməsinə mane olur. Bu fikrə Cənubi Qafqaz regionunda vəziyyətin Azərbaycan prezidenti ilə müzakirəsinin yekunlarından çıxan nəticəni belə qiymətləndirmək olar.

Fevralda Münxen Təhlükəsizlik Konfransında da şimal xətti davam etdirilib, burada Əliyev Ukrayna böhranının səbəbi kimi separatizm və işğalı göstərib, doğrudur, bu zaman kimin separatizmi təşviq etdiyini və Ukraynanı işğal etdiyini qeyd etməyib. Amma yenə də, onun Azərbaycan prezidentinin saytındakı sitatında yer alan sözləri maraqlıdır: “Ermənistan-Azərbaycan münaqişəsi həll edilmiş olsaydı, bəlkə də Ukrayna indi bu münaqişə ilə üzləşməzdi. Çünki burada eyni ssenari – ərazi bütövlüyünün eyni qaydada pozulması, eyni nəticə, işğal, separatizm var. Bunlar sanki bir-birinin güzgüdəki əksidir. Ona görə də biz beynəlxalq ictimaiyyətdən, dünyanın aparıcı ölkələrindən eyni yanaşmanı gözləyirik”. Bu sitat dolayısıyla göstərir ki, o, hətta beynəlxalq ictimaiyyətin Ukrayna və Rusiya ilə bağlı addımlarını dəstəkləyib.

Bütün bunlara baxmayaraq, Əliyev yenə də Rusiyanı barışığa çəkməyə çalışır, AŞPA-nın yanvar sessiyasında Rusiyanın səs hüququndan məhrum edilməsi haqqında səsvermə bunu nümayiş etdirdi. Səsvermə zamanı Azərbaycan nümayəndə heyəti bu qərara yekdilliklə “yox” deyib. Qərbin beynəlxalq institutlarına, ABŞ-a şifahi və hüquqi hücumları, qərbyönlü fəalların həbsini də buraya aid etmək olar.

Amma, görünür, Kremldə bu gün Azərbaycan prezidentinin bu reveranslarını diqqətə almağa hazır deyillər. Buna Rusiya kommunistlərinin lideri Gennadi Züqanovun – Azad Rusiya, RLDP, Vahid Rusiya kimi sistem partiyalarının iştirak etdiyi partiyalararası format üzvlərindən birinin vasitəçi qeyri-dövlət səfəri dəlalət edir. Züqanov Rusiyanın əbədi dostluq haqqında andı Putinə çatdıra biləcək azsaylı siyasətçilərindən biridir. Amma Putinin prezident Əliyevin müraciətini diqqətə almaq istəyəcəyi fakt deyil. Vəziyyəti proqnozlaşdırmaq mümkün deyil. Rusiyanın Azərbaycana, o cümlədən Belarus və Qazaxıstana gələcək münasibəti əsasən Ukrayna ətrafında vəziyyətin inkişafı ilə müəyyən olunacaq. Böhran hərbi formatdan sülh formatına keçərsə, qonşu ölkələrə təzyiq azalacaq və perspektivsiz olacaq ki, bu da Qərbin intensiv sülhməramlı və sanksiya səyləri şəraitində tamamilə mümkündür.

Turan Analitika Xidməti

Ana səhifəXəbərlərKremldə Azərbaycan prezidentinin reveranslarını diqqətə almağa hazır deyillər