“Qaçqın prezident Viktor Yanukoviç hazırda Minskdədir. Kreml onu xüsusi əməliyyata hazırlayır”.
Bu barədə Ukrayna kəşfiyyatına əsaslanan “Ukrayinskaya Pravda” xəbər verib.
Mənbənin məlumatına görə, Yanukoviçi orada “Ukraynanın prezidenti” elan etməyə çalışacaqlar.
Məlumata əsasən, Kreml, ehtimal ki, sabiq prezidentin Ukraynaya qayıtması üzrə informasiya əməliyyatı və ya aksiya hazırlayır. Ola bilsin ki, artıq yaxın günlərdə onun adından Ukrayna xalqına müraciət edilsin.
V.Yanukoviç 2002-2005, 2006-2007-ci illərdə Ukraynanın Baş naziri olub. O, 2004-cü il prezident seçkilərində V.Yuşşenkoya 0.7 % fərqlə məğlub olub. V.Yanukoviç 2010-cu ildə Ukraynanın Prezidenti seçilib. 2014-cü ildə “Maydan hərəkatı” zamanı hakimiyyətdən gedib və haqqında cinayət işi açılıb.