Kreml: Türkiyəyə qoyulan məhdudiyyətlər aradan qalxır

” Həmçinin hər iki prezidentin tezliklə görüşəcəyi barədə qərar əldə olunub”

Source:
Putin və Ərdoğan
Putin və Ərdoğan


”Həmçinin hər iki prezidentin tezliklə görüşəcəyi barədə qərar əldə olunub”

”Rusiya prezidenti İstanbulda baş verən terrorda ölənlərin ailələrinə baş salığı verib, yaralananlara isə şəfa arzulayıb. Hər iki tərəf terrorla mübarizədə aktiv olmağın vacibliyi barəsində danışıblar. Vladimir Putin, Türkiyə prezidentindən gələn məktubun ikili münasibətlərin inkişafında, iki ölkə arasında baş verən böhranın sona çatmasında maraqlıdır və bunun ortaq ticarətin daha da inkişafına kömək edəcəyinə inanır”.

Bu fikirlər iyunun 29-da iki prezident arasında baş tutan telefon görüşməsi haqqında Kremlin yaydığı açıqlamada yer alıb.

Məlumatı “Doğan”  xəbər agentliyi yayıb.

Məlumatda bildirilir ki, görüş çərçivəsində həmçinin rus pilotun ölümünə səbəb olan türk vətəndaşı haqqında açılan istintaq işinin obyektiv olmasına işarə edilib: “Rusiya lideri, hökumətlə əlaqəli olan ticari və iqtisadi işlərin yenidən başlaması üçün lazım olan təlimatı verəcəyini bildirib. Bu da Rusiyadan Türkiyəyə gedən turistlərə qoyulan əngəllərin tezliklə aradan qaldırılacağına işarədir. Həmçinin Türkiyə hökumətinin rus vətəndaşlarının təhlükəsizliyinə diqqət etməsinin vacibliyi qeyd edilib. Hər iki ölkənin xarici işlər nazirləri 1 iyulda baş tutacaq konfransda görüşmələri qərara alıb. Bu problemin həll olması bölgədəki Suriya probleminin də həllinə kömək edəcək. Həmçinin hər iki prezidentin tezliklə görüşəcəyi barədə qərar əldə olunub”.

Ana səhifəXəbərlərKreml: Türkiyəyə qoyulan məhdudiyyətlər aradan qalxır