Kreml Putin-Ərdoğan danışıqlarının mümkünlüyünü vurğulayıb

“Rusiya İdlibdəki terror qrupların fəaliyyətindən narahatdır”

Source:


“Rusiya İdlibdəki terror qrupların fəaliyyətindən narahatdır”

Prezident Vladimir Putin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında lazım olarsa danışıqlar aparıla bilər. RFE/RL Kremliyə istinadən yazıb.

Bildirilir ki, Türkiyə qüvvələri Rusiya tərəfindən dəstəklənən onlarla Suriya hökumət qüvvələrini öldürüb.

Kremlin sözcüsü Dmitri Peskov fevralın 3-də Ərdoğan İstanbulda jurnalistlərə verdiyi açıqlamadan saatlar sonra çıxış edib və bildirib ki, Moskva bölgədəki duruma daxil olmamalıdır. Türkiyə qüvvələri Suriya qoşunlarına atəş açarkən sonuncu da üsyançıları onların son qalası hesab edilən İdlibdə atəşə tutub.

Türkiyə Prezidenti deyib ki, ilkin hesabatlara görə 30-35 suriyalı “zərərsizləşdirilib”. Son məlumata görə, qarşıdurma zamanı 6 Türkiyə əsgəri həlak olub.

“Hələ ki, yüksək səviyyəli danışıqlar olmayıb, amma şübhə olmamalıdır ki, prezidentlər zəruri hesab edərsə, bu cür danışıqlar çox tez razılaşdırıla bilər”, – Peskov deyib və əlavə edib ki, Rusiya İdlibdəki terror qrupların fəaliyyətindən narahatdır.

Suriyadakı qarşıdurmada qarşı tərəfləri dəstəkləyən Türkiyə və Rusiya İdlibdəki döyüşlərin de-eskalasiyasını təşkil etmək və silahsız bölgə yaratmaq üçün birgə işləməyə razı olublar.

Bundan əvvəl yanvar ayında Ərdoğan Türkiyənin İdlibdəki hərbi hücumlardan dolayı səbrini itirdiyini demişdi və Rusiyanı bölgədə zorakılığı dayandırmağa yönəlmiş sazişlərə “hörmət etməməkdə” ittiham etmişdi.

Rusiya hökuməti bildirib ki, Ankara Moskvanı hücum haqqında əvvəlcədən xəbərdar etməyib. Ərdoğanın Ədalət və İnkişaf Partiyası Prezidentin Ukraynaya rəsmi səfəri başlamazdan əvvəl bu fikri rədd edib.

“Mən xüsusilə Rusiya hakimiyyətinə demək istəyirəm ki, burada həmsöhbətimiz siz yox, Suriya rejimidir və bizim yolumuzda durmayın”,- Ərdoğan yola düşməzdən əvvəl jurnalistlərə deyib.

Ana səhifəDünyaKreml Putin-Ərdoğan danışıqlarının mümkünlüyünü vurğulayıb