Kreml Navalnının zəhərlənmə diaqnozunu təkzib edir

Berlində Navalnını müalicə edən alman həkimlər tibbi müayinələrin zəhərlənmə olduğunu, lakin konkret maddənin bilinmədiyini qeyd ediblər.

Source:


Merkel Rusiyanı Navalnının zəhərlənməsində şübhəli bilinənləri araşdırmağa çağırıb

Kreml çərşənbə axşamı müxalif siyasətçi Aleksey Navalnının xəstəliyinə səbəb olan halların araşdırılmasına ehtiyac duyulmadığını və alman klinikasının zəhərlənmə diaqnozunun hələ qəti olmadığını bildirib, – “Reuters” xəbər verir.

Bazar ertəsi Almaniya kansleri Angela Merkel Rusiyanı Navalnının zəhərlənməsində şübhəli bilinənləri araşdırmağa və günahkarları məsuliyyətə cəlb etməyə çağırıb.

Kremlin sözcüsü Dmitri Peskov Almaniya klinikasının Navalnının xəstəliyinin səbəbini dəqiq müəyyən etmədiyini söyləyib. O bildirib ki, alman həkimlərin zəhərlənmə sözünü işlətməyə “tələsməkləri” aydın deyil.

Peskov vurğulayıb ki, zəhərlənmə səbəb kimi müəyyənləşdirilsə, istintaq başladılacaq.

Berlində Navalnını müalicə edən alman həkimlər tibbi müayinələrin zəhərlənmə olduğunu, lakin konkret maddənin bilinmədiyini qeyd ediblər.

Rusiya səhiyyə işçiləri Navalnının keçən həftə Omskda xəstəxanaya qaldırıldığı zaman zəhərlənmə olmadığını vurğulamışdılar.

Peskov Omsk xəstəxanasının həkimləri Navalnının müalicəsi üçün üç gün savaşdığını və siyasətçinin həyatını xilas etdiyini deyib.

Navalnı on ildən çoxdur ki, Kreml üçün tikana çevrilib. O, kütlələri mobilizə edən yeganə qüvvədir.

Siyasətçi dəfələrlə kütləvi toplantılar və mitinqlər təşkil etdiyi üçün tutulub və korrupsiya ilə bağlı araşdırmalarına görə məhkəməyə verilib. Ona 2018-ci ildə prezident seçkilərində iştirak etmək qadağan edilmişdi.

Ana səhifəDünyaKreml Navalnının zəhərlənmə diaqnozunu təkzib edir