Kreml: Kursk yenidən Rusiyanın nəzarətinə keçib

Ukrayna, Donetsk. Mənbə: Reuters

Döyüşlərdə Şimali Koreya hərbçilərinin də iştirak etdiyi bildirilir

Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətindən çıxarıldığı bildirilir.
Rusiya mətbuatı yazır ki, bu barədə Silahlı Qüvvələrin Baş Qərargah rəisi Valeri Gerasimov Prezident Vladimir Putinə məruzə edib.

Gerasimovun sözlərinə görə, aprelin 26-da Rusiya Hərbi Qüvvələri Kursk vilayətindəki sonuncu yaşayış məntəqəsini – Qornal kəndini Ukrayna bölmələrindən azad edib.

Baş Qərargah rəisi bildirib ki, hazırda Rusiya hərbçiləri Ukraynanın Sumı vilayətində “təhlükəsizlik zonası” yaradır.

Gerasimov həmçinin Kursk vilayətində rus hərbçiləri ilə “çiyin-çiyinə” hərəkət edən və “mətanət və qəhrəmanlıq nümayiş etdirən” Şimali Koreya hərbçilərinə təşəkkür edib.
Ukrayna Silahlı Qüvvələri 2024-cü ilin avqustunda Kursk vilayətinə nəzarəti ələ keçirib.

Yeddi ay sonra, 2025-ci ilin martında rus qoşunları əks hücuma keçib və regionun sərhədyanı rayonlarını demək olar ki, tamamilə azad edib.

Bildirilir ki, siyasi nöqteyi-nəzərdən Kursk vilayətinin işğalı Ukraynaya heç bir üstünlük verməyib. Prezident Volodimir Zelenski dəfələrlə bildirib ki, regionun bir hissəsini işğal etməkdə məqsəd onun sonradan Ukrayna ərazisi ilə mübadilə edilməsi məqsədi daşıyıb.

Şimali Koreya və Rusiyanın dövlət başçıları 2024-cü ilin iyununda “Hərtərəfli Strateji Tərəfdaşlıq Müqaviləsi” imzalayıblar.

Razılaşma həmin il dekabrın 4-də qüvvəyə minib.

İki ölkə arasında hərbi əməkdaşlığa dair razılaşma Pxenyanın Ukraynadakı münaqişədə iştirakının artdığı, 10 mindən çox Şimali Koreya əsgərinin Ukraynaya qarşı döyüşmək üçün göndərildiyi bir vaxta təsadüf edib.

Rusiya 2022-ci il fevralın 24-dən Ukraynaya qarşı mübaribəyə başlayıb.

Ana səhifəXəbərlərKreml: Kursk yenidən Rusiyanın nəzarətinə keçib