Dmitri Peskov

Mənbə: arxiv

Başlıq: Dmitri Peskov

Kreml kimyəvi silah istehsal etmədiyini deyir

OPCW-nın tapıntıları Navalnının müalicə aldığı Almaniyanın gəldiyi nəticələri təsdiqləyir

Kreml çərşənbə günü Rusiyanın heç bir kimyəvi silah istehsal etmədiyini və istehsalını qadağan edən beynəlxalq silah nəzarəti müqaviləsi üzərindəki öhdəliklərə tam əməl etdiyini deyib, - “Reuters” xəbər verir.

Kremlin sözcüsü Dmitri Peskovun bəyanatı Kimyəvi Silahların Qadağan olunması Təşkilatının (OPCW) Kremlin tənqidçisi Aleksey Navalnının qan nümunələrində qadağan olunmuş “Noviçok” sinir agenti olduğunu qeyd etdikdən sonra verilib.

OPCW-nın tapıntıları Navalnının müalicə aldığı Almaniyanın gəldiyi nəticələri təsdiqləyir.

Peskov bildirib ki, Rusiya hələ qurumdan Navalnının işi ilə bağlı rəsmi məlumat almayıb. Qərb Rusiyadan Navalnının zəhərlənməsi ilə bağlı açıqlama tələb edir. Moskva bu iddiaları rədd edir.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/dzb8ew

Ən çox baxılan