Koryun Qumaşyan: Azərbaycan əsirləri qaytarsın, minaların xəritəsini verək

Azərbaycan Müdafiə Nazirliyi “Turan”ın xəbərə münasibət bildiriləcəyini açıqlayıb.

Source: Specify Source


"Kəlbəcər və Laçında 17 maşın mina basdırılıb"

Ermənistan ordusunun zabiti Koryun Qumaşyan Kəlbəcər və Laçın rayonlarında çox sayda minalar basdırdıqlarını açıqlayıb.

Bu barədə polkovnik Ermənistanın "Noyan Tapan" agentliyinə videomüsahibəsində deyib.

O bildirib ki, adları çəkilən rayonlarda 17 maşın dolu mina basdırıblar.

Məlumatı "Turan" yayıb.

Koryun Qumaşyan müsahibəsində rəsmi Bakıya təkliflərini də səsləndirib: "Azərbaycan erməni əsirlərini qaytarsın, əvəzində minaların xəritəsini verəcəyik".

Azərbaycan Müdafiə Nazirliyi "Turan"ın xəbərə münasibət bildiriləcəyini açıqlayıb.

İyunun 4-də 2 jurnalist, 1 icra nümayəndəsinin müavini olmaqla 3 Azərbaycan vətəndaşı Kəlbəcər rayonununda mina partlaması nəticəsində həlak olub, 4 nəfər yaralanıb.

Bu il aprelin 30-da Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bildirib ki, 2020-ci il noyabrın 10-dan 2021-ci il aprelin 30-dək mina partlayışı nəticəsində 22 nəfər həlak olub, 100 nəfər yaralanıb.

Rəsmi statistikaya görə, 2020-ci il də daxil olmaqla, Azərbaycanda 2439 nəfər müharibənin təhlükəli partlayıcı qalıqlarından zərər çəkib, onlardan 383 nəfər ölüb və 2056 nəfər yaralanıb.

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) mayın 31-dən iyunun 6-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan əməliyyat-axtarış tədbirləri zamanı piyada əleyhinə 224, tank əleyhinə 36 minanın və 42 partlamamış hərbi sursatın aşkarlanaraq zərərsizləşdirildiyi barədə

məlumat

yayıb.

Bildirilib ki, nəticədə 1 590 892 m² (159 ha) ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.

Azərbaycanın azad edilmiş ərazisinin hazırda ermənilər yaşayan hissəsində Rusiya Müdafiə Nazirliyi, azərbaycanlıların yaşadığı hissədə isə Azərbaycan Minatəmizləmə Agentliyi, Azərbaycan, Rusiya və Türkiyə hərbi istehkamçıları minatəmizləmə işlərini həyata keçirir.

Ana səhifəSiyasətKoryun Qumaşyan: Azərbaycan əsirləri qaytarsın, minaların xəritəsini verək