”Korrupsiyaya qurşanmış SOCAR”

Maltanın energetika naziri Konrad Mizzi Azərbaycan hökumətilə gizli sövdələşmələrə görə ittiham obyekti olub.

Source:
SOCAR

Maltanın energetika naziri Konrad Mizzi Azərbaycan hökumətilə gizli sövdələşmələrə görə ittiham obyekti olub.

Bu barədə yazan “Independent”in məlumatına görə, o, Azərbaycana gizli səfər edərək müqavilə bağlayıb. Bağlanmış əlverişsiz müqavilə nəticəsində Malta 14 milyon ziyana düşüb.

““Enemalta” şirkəti ilə korrupsiyaya qurşanmış SOCAR arasında neft, benzin və dizel yanacağı alınmasına dair müqavilə olub. Halbuki, bundan daha əlverişli şərtlərləmüqavilə bağlamaq imkanı vardı. Baş auditorun apardığı araşdırma nəticəsində bu müqavilənin əlverişsiz olduğu üzə çıxıb və bu pislənilib”, – deyə Maltanın “Independent” qəzeti yazır.

Məqalədə bildirilir ki, Mizzinin rol oynadığı bu və ya digər müqavilələrin xalqdan və parlamentdən gizli bağlanması ciddi narazılıq doğurub.

Conrad Mizzi
Conrad Mizzi

Mizzi Maltanın baş naziri Cozef Muskat Çinlə bağlanmış iki müqaviləyə görə dəittiham olunur.

Malta parlamentinin deputatı, ölkənin əsas müxalifət təşkilatı olan Milliyyətçi partiyasının sədr müavini Beppe Feneç Adami energetika naziri Konrad Mizzinin həyat yoldaşının adına Panamada aşkar olunan şirkətə görə hesabat tələb edib. Müxalifətçi deputat bildirib ki, baş nazir özü bu məsəyə aydınlıq gətirməlidir. O həmçinin baş naziri Mizzi ilə gizli əməliyyatlarda işbirliyində ittiham edib.

“Baş nazir onu qəbul elədi, Panamanın Avropa Birliyinin qara siyahısında olmasına baxmayaraq, ona bu barədə heç bir söz demədi”, – deyə Beppe Feneç Adami baş naziri qınayıb.

Maltanın başqa bir mətbu orqanı “Malta Today” də bu qalmaqalla bağlı material yayımlayıb.

“Mizzi korrupsioner şirkət kimi tanınmış SOCAR-la 18 illik əlverişsiz qaz müqaviləsinin imzalanmasına görə məsuliyyət daşıyır”, – deyə Beppe Feneç Adami

“Malta Today”

ə bildirib.

Ana səhifəXəbərlər”Korrupsiyaya qurşanmış SOCAR”