“Korrupsiyanın yüksək olduğu şəraitdə narkobiznesə qalib gəlmək olmaz”

“Böyük pullar istənilən qapını açmağa, çoxlarını ələ almağa imkan verir ki, bu da yeni bazarlar açmaq deməkdir”

Source:


“Böyük pullar istənilən qapını açmağa, çoxlarını ələ almağa imkan verir ki, bu da yeni bazarlar açmaq deməkdir”

İyulun əvvəlində Gürcüstan hakimiyyəti Azərbaycandan bu ölkəyə daşınan 2,79 ton maye heroin aşkar edib. Gürcüstan XİN-in məlumatına görə, 400 mln. dollar dəyərində yük Taliban hərəkatına məxsus olub və Avropa göndərilirmiş.

Gürcüstan tərəfi bu yüklə bağlı iki vətəndaşını həbs edib. Bakı isə uzun müddət susaraq hüquq-mühafizə orqanlarının belə böyük həcmdə narkotik maddənin ölkə ərazisindən keçirilməsinə necə yol verdikləri barədə sualı cavablandırmayıb.

“Turan İA” beynəlxalq narkobiznesə qarşı mübarizə üzrə mütəxəssisdən bu vəziyyəti şərh etməsini xahiş edib.

ABŞ Ədliyyə Nazirliyi yanında Narkotiklərlə Mübarizə Agentliyinin operativ bölməsinin keçmiş rəhbəri Maykl Braun hesab edir ki, Qafqaz regionu narkotik maddələrin daşınması üzrə iri beynəlxalq qovşaq olaraq qalır ki, sözügedən hadisə bundan xəbər verir.

Dünya heroininin 90 faizindən çoxu Əfqanıstanda istehsal olunur və Avropaya gedir. Yüz illərdir ki, Qafqazdan ticarət yolları mövcuddur və bu marsrutla narkotik maddə də daşınır.

“Qəribədir ki, Azərbaycanda belə bir həcmi diqqətə almayıblar. Əgər bu, hüquq-mühafizə orqanlarının səmərəsiz işinin nəticəsidirsə, deməli, bunun səbəbi korrupsiyadır” – Braun belə hesab edir.

Onun sözlərinə görə, qlobal narkosindikatlar öz yüklərini hakimiyyətin zəbt etməsindən qorunmaq üşün nəhəng məsrəflərə gedirlər. Onlar korrpusiya amilindən, zorakılıq, kommunikasiyanın yeni vasitələrindən istifadə edirlər. Odur ki, təhlükəsizlik qüvvələrinin bu cür yükləri aşkar etməsi elə də asan olmur: “Belə vəziyyətdə bu sual tamamilə qanuni hesab olunur: əgər Taliban tonlarla heroin istehsal edib bir neçə sərhəddi keçməklə min kilometrlərlə uzağa göndərə və ya onu kriminal sindikata sata bilirsə, o, daha nəyə qadirdir? Transmilli mütəşəkkil qruplar və qlobal terror şəbəkəsi böyük həcmdə qaçaqmalın hər yerdə nəqli üçün yaxşı hazırlanıblar. Buna nümunə olaraq Cənubi Amerikada kokain istehsalını və onun bir neçə sərhəddi keçərək ABŞ-a daşınmasını, həmçinin Venesueladan okean vasitəsilə Afrikaya, sonra Avropaya, Çinə, Rusiyaya daşınmasını göstərmək olar. Bu zaman tamamilə fantastik metodlardan istifadə etmək olar, məsələn bir dəfəyə 8 tona yaxın yük daşıyan sualtı qayıqlar var. Məsələn, dünyada iri kokain istehsalçısı olan, ABŞ və Aİ tərəfindən ciddi terror təşkilatı kimi tanınan FARK (Kolumbiya inqilabi qüvvələri) bundan istifadə edir”.

“Nəzərə almaq lazımdır ki, terrorizmə və transmilli kriminala qarşı mübarizə çox ağır işdir və bütün qaçaqmalı tutmaq mümkün deyil. Lakin bütün ölkələrin vətəndaşları öz hökumətlərindən bu hallara qarşı effektiv iş tələb etmək, günahkarların cəzalandırılmasını tələb etmək hüququ var” – Maykl Braun belə deyib.

Maykl Braun bildirib ki, heç bir ölkə bu cür hallara qarşı təkbaşına mübarizə apara bilməz: “Bu məsələdə beynəlxalq əməkdaşlıq mütləq vacibdir.

“Üç ton herionlə bağlı konkret fakta gəlincə, görünür, bu, Talibanın beynəlxalq bazara çıxardığı narkoməhsulun bir hissəsidir. Məlumdur ki, taliblərin bu biznesdən gəlirləri daim artır. Narkoticarətdən gələn gəlir taliblərin saxlanması üçün mühüm resursdur” – deyə o bildirib.

“BMT-nin son hesabatlarına görə, Azərbaycanda müsadirə edilən narkotik vasitələrin həcmi daim artır. STRATFOR mərkəzi isə hesab edir ki, Əfqanıstan narkotraffikinin 40 faizi İrana, sonra Azərbaycana gedir. Sizcə, bu problemə qarşı mübarizəni necə təşkil etmək olar?” – sualına Braun cavab verib ki, İranda heroinə təlabat adambaşı baxımından dünyada ən yüksək göstəricilərdən biridir. Sonra Rusiya gəlir. Odur ki, burada səyləri koordinasiya etmək lazımdır: “Təəccüblü deyil ki, narkotik maddələrin istehsal olunduğu və daşındığı regionlar yüksək səviyyədə korrupsiyaya malik ölkələrdir. Narkosindikatlar dövlət məmurlarının, hökumət üzvlərinin və özəl biznesmenlərin ələ alınması üçün hər il milyonlarla dollar vəsait xərcləyirlər. Koppupsiya təkcə narkotik maddələrin daşınmasına yox, həm də əldə olunan gəlirlərin banklar vasitəsilə yuyulmasına, daşınmaz əmlaka, investisiyalara sahib olmağa kömək edir. Odur ki, ictimaiyyət bir sadə həqiqəti başa düşməlidir: əgər korrupsiya yoxdursa bütün bu əməliyyatları həyata keçirmək mümkün olmayacaq. Həmçinin daim əhalini maarifləndirmək, onlara narkotik maddələrin zərərini başa salmaq lazımdır”.

“Qafqaz ənənəvi beynəlxalq narkotrafik qovşaqlarından biridir. Azərbaycan narkobiznesə qarşı mübarizə işində ABŞ ilə əməkdaşlıq edir. Azərbaycan hakimiyyətinin bu sahədə siyasətini necə qiymətləndirmək olar? Sizin hər hansı tövsiyəniz varmı?” sualına Braun belə cavab verib: “Narkobiznesə Qarşı Mübarizə Agentliyində xidmət zamanı Mərkəzi Amerika ölkələrinin bir neçə prezidenti ilə görüşmüşdüm. Mənə həmişə deyirdilər ki, əgər ABŞ-da narkotik maddədən istifadə olunmasa Cənubi Amerika kokain istehsal etməz və ABŞ-da narkoman olmaz”.

Bu prezidentlərin mövqeyi ondan ibarət idi ki, onlar tranzit yolundadır və onlardan çox az şey asılıdır.

Hər dəfə mən onlara xatırladırdım ki, əslində vəziyyət başqadır. Tranzit ölkələri də geniş narkomanlığa məruz qalır. Niyə? Çünki böyük vəsaitlərə sahib olan narkokartellər öz işlərinə mümkün qədər daha çox adam cəlb edirlər, onları girova, narkotik maddə istifadəçisinə çevirirlər.

Böyük pullar istənilən qapını açmağa, çoxlarını ələ almağa imkan verir ki, bu da yeni bazarlar açmaq deməkdir.

Narkobiznes milli təhlükəsizliyə qorxu yaradır, çünki mütəşəkkil cinayətkarlıq zəifləmiş və koppupsiyaya uğramış hakimiyyətə daha çox təsir göstərə bilər, onu özünün maraqları çərçivəsində hərəkət etməyə məcbur edər. Bunun da nəticəsi dövlətçiliyin qismən və ya əhəmiyyətli dərəcədə itirilməsidir.


Azərbaycan hakimiyyəti  jurnalistləri, hüquq-müdafiəçilərini, fəalları narkotik maddə alverçisi kimi həbs edərək  narkotik maddələrə qarşı  mübarizə apardığını bildirir. Bu haqda nə deyərdiniz?

Bu sualın cavabında Braun deyib ki, hökumətin edə biləcəyi ən əsas və yeganə iş korrupsiyadan azad məhkəmə sisteminə, polis, prokuror və həbsxana administrasiyasına malik olmaqdır.

Əgər bu mürəkkəb sistemin bir hissəsi zədələnmişsə bütün məhkəmə prosesi uçuruma məhkumdur.


Azərbaycan hakimiyyəti narkotraffik faktları ilə bağlı beynəlxalq tənqidi qəbul etmir və bu zaman  Dağlıq Qarabağda nəzarətsiz vəziyyətə istinad edir. Belə ki, bu bölgədən narkotraffik üçün istifadə edilir və narkotik maddə mənbəyinə çevrilir. Bu regionda narkotik maddə istehsalı ilə bağlı nə kimi məlumatınız var?

Braun deyib ki, Dağlıq Qarabağ idarəolunmayan məkana klassik nümunədir.

Transmilli sindikatlar, terrorçular və mütəşəkkil cinayətkarlıq hər zaman belə ərazilərə daxil olmağa və orada möhkəmlənməyə can atırlar. Sərfəli coğrafi məkan və nəzarətin olmaması cəzasız hərəkət etməyə imkan verir.

Qanunsuz şəbəkələr kommersiya strukturlarını yaratmağa başlayırlar ki, bunların da vasitəsilə,  korrupsiya və zorakılığın sayəsində leqallaşırlar. Bundan sonra yerli hakimiyyətlər həmin mütəşəkkil cinayətkarlığı, narkobiznes  şəbəkələrini və terrorçu qrupları öz nəzarətinə götürə bilmir.

Maraqlıdır ki, bir çox belə yerlərdə həmin strukturlar eyni zamanda həm mütəşəkkil cinayətkar, terrorçu, həm da üsyançı rolunda çıxış edir. Bütün bunlar hakimiyyətin, bəzən isə dövlətin özünün kriminallaşmasına yol açır ki, bu da onun zəifləməsinə, deqradasiyaya uğramasına gətirib çıxarır

Ana səhifəXəbərlər“Korrupsiyanın yüksək olduğu şəraitdə narkobiznesə qalib gəlmək olmaz”