Körpəsi ilə özünü öldürmək istəyən ana saxlanılıb

Hadisə ilə bağlı cinayət işi açılıb

Source:


Hadisə ilə bağlı cinayət işi açılıb

Avqustun 14-də səhər saat 7 radələrində Biləsuvar rayonunun İsmətli kəndində 20 yaşlı Gülər İmanzadə özünü və 1 yaşlı oğlunu kanala ataraq, intihara cəhd edib. Kənd sakinləri qadının həyatını xilas edə bilsə də, 1 yaşlı uşaq boğulub.

Baş Prokurorluğun mətbuat xidmətindən Meydan TV-yə verilən məlumata görə, Biləsuvar Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 125-ci (özünü öldürmə həddinə çatdırma) maddələri ilə cinayət işi başlanıb.

Prokurorluqdan bildirilib ki, ana artıq şübhəli şəxs qismində tutularaq, istintaqa cəlb edilib: “Hazırda istintaq davam edir”.

Cinayət Məcəlləsinin 125-ci maddəsilə də cinayət işinin başlanması qadını intihar həddinə çatdıran şəxs və ya şəxslərin müəyyənləşdirilib, cinayət məsuliyyətinə cəlb olunacağını deməyə əsas verir.

Meydan TV-nin əldə etdiyi məlumata görə, intihara cəhd edən qadın üç ildir ailə qurub. Ailədə tez-tez dava, söz-söhbətlər olub. Hadisədən əvvəl də ailədə dava olduğu bildirilir.

Ana səhifəXəbərlərKörpəsi ilə özünü öldürmək istəyən ana saxlanılıb