Körpə öləndə ona hələ ad qoyulmamışdı

Doğumdan sonra əzizlənən uşaq 6 gün sonra vəfat edib. Xəyalə Abbasova ilk övladının sevincini 2016-cı ilin avqustunda Zaqatala rayon Mərkəzi Xəstəxanasında yaşayıb. 7 aylığında doğulan körpəsi 3-4 saat sonra Şəki Perinatal Mərkəzinə göndərilib. Bir gün sonra isə körpəni Bakıya, Elmi Tədqiqat Pediatriya İnstitutuna köçürüblər. Körpə dünyaya gəlişinin 6-cı günündə, 6 sentyabrda dünyadan köçüb. İlk nəvəsini həkim səhlənkarlığından itirdiyini deyən Murad Qasımov günahkarların cəzalandırılmasını istəyir.

Tibbi yardımın təşkili şöbəsindən Murad Qasımova yazıblar ki, nəvəsi bətndaxili infeksiya, mərkəzi sinir sisteminin zədələnməsindən vəfat edib. İxtisaslaşmış yardıma ehtiyacı olduğu üçün Şəki Perinatal Mərkəzinə göndərilib. Sənəddə yazılır ki, körpənin Bakı şəhərinə təxliyə olunması əsaslandırılmayıb.

Doğumun baş tutduğu Zaqatala rayon Mərkəzi Xəstəxanasının baş həkimi Leyla Seyidəliyeva deyir ki, körpənin ölümündə xəstəxana işçilərinin təqsiri yoxdur. O deyir ki, hadisə Səhiyyə Nazirliyində araşdırılıb və doğuş tarixini tam tərtib etmədiyinə görə bir əməkdaşına xəbərdarlıq verilib.

Körpənin ölümü ilə bağlı Yasamal rayon Prokurorluğunda araşdırma aparılır.

Yasamal rayon Prokurorluğunun əməkdaşı 2015-ci ilin sentyabrında Dünya Səhiyyə Təşkilatının və UNİCEF-in uşaq ölümləri üzrə hazırladıqları hesabatda Azərbaycan Qafqaz ölkələri içərisində ən pis nəticəni əldə edib. Uşaq ölümlərinə görə Azərbaycan 68, Ermənistan 14, Gürcüstan isə 12-ci yerdədir. Dövlət Statistika Komitəsi mətbuat xidməti 2016-cı ildə baş verən körpə ölümlərini fevralın17-20 aralığında açıqlayacaqlarını deyir. Dünyadan köçən körpənin epiqrazında isə soyadının yanına adsız yazılıb. Ona hələ ad qoyulmamışdı.

Ana səhifəVideoKörpə öləndə ona hələ ad qoyulmamışdı