Körpə doğulandan 15 dəqiqə sonra dünyasını dəyişib

Daha bir uşaq ölümü Masallıda qeydə alındı

Source:


Daha bir uşaq ölümü Masallıda qeydə alındı


İyunun 27-də Masallı rayon Mərkəzi Xəstəxanasında uşaq ölümü faktı qeydə alınıb. Rayonun Masaküçə kənd sakini Gülnar Əkbərlinin dünyaya gətirdiyi körpə doğuşdan 15 dəqiqə sonra vəfat edib.

Meydan TV-yə məlumatı Gülnar Əkbərlinin atası Mirzə Əkbərov təsdiqləyib.

Onun sözlərinə görə, doğum evinin həkimləri Əkbərli ailəsinə deyiblər ki, körpə ciyərlərinin işləməməsi nəticəsində dünyasını dəyişib.

Doğum evindən faktı təsdiqləyiblər.

Mirzə Əkbərov onu da əlavə edib ki, şikayətçi olmayacaqlar.

Səhiyyə Nazirliyi yeni doğulmuş nə qədər körpənin dünyasını dəyişməsi haqqında məlumat vermir. Ümumiyyətlə, qurumun rəsmi internet səhifəsində 2016-cı ildə nə qədər uşaq ölümü ilə bağlı məlumat yoxdu. Dövlət Statistika Komitəsinin bazasında da bu ilin göstəriciləri yoxdur. 2015-ci ildə isə ümumilikdə 166210 uşaq dünyaya gəlib. 1 yaşına çatmamış dünyasını dəyişən uşaqların sayı isə 2033 nəfərdir.

Ana səhifəXəbərlərKörpə doğulandan 15 dəqiqə sonra dünyasını dəyişib