Filmdən kadr

Mənbə: http://www.cumhuriyet.com.tr/

Başlıq: Filmdən kadr

Koronovirus dünya film sənayesinə zərbə vurub

Filmlərin nümayişi qeyri-müəyyən vaxta təxirə salınıb

2019-cu ilin dekabrında Çinin Uhan şəhərində ortaya çıxan koronavirus epidemiyası dünya kino sənayesinə də təsirsiz ötüşməyib.

Epidemiya ilə əlaqədar olaraq Çinin müxtəlif şəhərlərində “Oskar”a namizəd olan “Dovşan Coco”, “Balaca qadınlar” və “1917” filmlərinin nümayişi qeyri-müəyyən vaxta təxirə salınıb. Həmçinin ölkədə fəaliyyət göstərən 70 min kinoteatrın fəaliyyəti dayarlandırılıb. Bu da o deməkdir ki, fevral ayında ölkə kinoteatrlarında nümayişi nəzərdə tutulan 11 xarici filmin göstərilməsi ləğv edilib.

Bu da Çindən daha çox “Hollywood” film sənayesinə zərbə kimi qiymətləndirilir. Çünki Çin kino sahəsində ABŞ-dan sonra ən böyük bazar hesab olunur. Buna görə böyük büdcəsi olan filmlərin Çində nümayiş olunmaması, böyük gəlir itkisi hesab edilir.

Amerikanın Hərəkətli Şəkil Sənətləri və Elmləri Akademiyası növbəti “Oskar” mükafatına namizədlərin siyahısında bu il “Joker”, “İrlandiyalı”, “Dovşan Coco”, “Ford Ferrariyə qarşı”, “Balaca qadınlar”, “Evlilik hekayəsi”, “1917”, “Bir zamanlar Hollivudda” və “Parazitlər” filmləri yer alıb.

Qaliblərin adı fevralın 9-da Los-Ancelesdə keçiriləcək təqdimat mərasimində açıqlanacaq.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/gn6xcc

Ən çox baxılan