Azərbaycanda təhsil müəssisələri koronavirus təhlükəsinə görə bağlandı (yenilənib)

“Proses saatbasaat izlənir, müzakirə olunur”

Source: google.az

***


16.40.


İlk tədris günü martın 10-a təyin edilib


Nazirlər Kabinetinin yanında operativ qərargah martın 3-dən 9-dək (ilk tədris günü mart ayının 10-u müəyyən edilir) bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesinin dayandırılmasına və bununla bağlı bütün tədbirlərin təxirə salınmasına dair qərar qəbul edib.


Məlumatı Nazirlər Kabinetinin yanında operativ qərargah yayıb.


Buna səbəb kimi koronavirusa yoluxma hallarının qarşısının alınması, bu sahədə aparılan müvafiq profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi göstərilib.


Bu müddət ərzində Təhsil Nazirliyinə və tabeliyində təhsil müəssisələri olan müvafiq icra hakimiyyəti orqanlarına bütün təhsil müəssisələrində tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlərin davam etdirilməsi tapşırılıb.

***


Novruz bayramına qədər təhsil müəssisələrinin qapadılması tələb edilir


Rəsmi açıqlanan məlumat

lara görə, artıq Azərbaycanda 3 nəfərin koronavirusa yoluxma halı qeydə alınıb. Koronavirusun dünyada yayılma xəritəsində də Azərbaycanda 3 nəfərin yoluxduğu qeyd edilib.

Ancaq müstəqil ekspertlər əksini düşünürlər. Onlar hökumətin sayı gizli saxladığı qənaətindədirlər.

Nazirlər Kabineti yanında Operativ Qərargahın 28 fevral 2020-ci il tarixə olan məlumatına görə, Azərbaycanda 224 nəfər koronavirus şübhəsi ilə həkim nəzarətindədir. Bir gün əvvəl bu rəqəm 186 olub.

Əhali arasında da virusla bağlı panika var. Sosial şəbəkələrdə apreklərdə spirt, maska və s. kimi məhsulların tapılmadığını yazırlar. Eyni zamanda, “koronavirusu məktəblərə buraxmayaq”, “məktəbləri bağlayın” kimi kampaniyalara da başlanıb.

İmza kampaniyalarından birini İctimai

Təşəbbüslər Mərkəzi

yaradıb.

Həmin kampaniyaya qatılanlar Baş nazir Əli Əsədov və Təhsil naziri Ceyhun Bayramova müraciət edərək, mart ayı boyunca məktəblərin bağlanmasını istəyirlər.

Müraciətdə deyilir ki, Ermənistanda 1, Gürcüstanda 3 yoluxma halı var. Həmin ölkələrdə martın 2-dən uşaq bağçası, məktəb, texniki peşə litseyində, texnikum, kollec və Universitetlərdə tədris müvəqqəti olaraq dayandırılıb. Azərbaycan da belə edə bilər.

İmza kampaniyasına 2000-ə yaxın insan qoşulub. Sosial şəbəkələrdə də xeyli insan bu barədə status yazıb, məktəblərin bağlanmasının vacib olduğunu bildirib.

Demokratiya və Rifah Hərəkatının sədri Qubad İbadoğlu deyir ki, artıq İranda 1 həftə əvvəl məktəblər qapanıb. Kütləvi tədbirlər dayandırılıb. Ermənistan və Gürcüstanda da məktəblər bu gündən bağlanıb, ancaq Azərbaycan yenə də gözləyir:

“Sabah mart ayının ilk tədris günüdür, 2 həftədən sonra dərslər qrafik üzrə Novruz tətilinə görə dayandırılacaq. Hal-hazırda görsənən odur ki, Nazirlər Kabineti, Təhsil Nazirliyi ictimai tələblərə adekvat reaksiya vermir və yaxın günlərdə bunu etmək məcburiyyətində qalıb qərar versə də, onun effekti arxadan atılmış daşa bənzəyəcək”.

Qubad İbadoğlu deyir ki, Yaponiya ötən həftə qərar verərək Mart ayının sonunadək məktəbləri 13 milyon şagirdin üzünə bağlayıb. Analoji qərarı Vyetnam Yaponiyadan əvvəl verib, lakin məktəblər bağlanmamışdan əvvəl şağirdlərə və müəllimlərə xüsusi təlimlər keçirilib:

“Ermənistan bu gündən uşaq bağçası, məktəb, texniki peşə litseyində, texnikum, kollec və universitetlərdə təhsili 1 həftə müddətinə dayandırdı. Məlumat üçün qeyd edim ki, Ermənistanda hələ ki, 29 yaşlı 1 nəfər koronavirusa yoluxub. Bu gündən Gürcüstanda da məktəblər koronavurisa görə bağlıdır. İranda məktəblər 1 həftədir ki, qapalıdır. Sosial tədbirlər, hətta cümə namazı da təxirə salınıb”.

qubad-ibadoqlu.jpg
Qubad İbadoğlu

Azərbaycana gəlincə, Qubad İbadoğlu hesab edir ki, ilk növbədə cənub rayonlarında (Astara, Lənkəran, Masallı, Cəlilabad, Biləsuvar və Salyan) uşaq baxçaları və məktəblər, eləcə də Bakı və respublikatabeli 9 şəhərdə uşaq bağçaları və məktəblər, kollec və universitetlər əvvəlcə 1 həftə müddətinə bağlanmalı, zərurət yaranarsa, bu müddət Novruz bayramınadək uzadılmalıdır:

“Bu müddət ərzində bütün təhsil ocaqlarında sanitar və su qovşaqları, xüsusilə də tualetlər yenidən qurulmalı, bütün siniflər və auritoriyalar dezinfeksiya olunmalı, təhsil ocaqları zəruri yuyucu və qurulayıcı vasitələrlə təchiz edilməli, müəllimlər və tərbiyəçilər təlimlərə cəlb olunmalı və koronavirusla mübarizə üçün preventiv tədbirlərə dair məlumatlandırılmalıdır. Təhsil Nazirliyi koronavirusdan qorunmaq üçün modul dərs hazırlamalı onu tədris müəssisələrinə paylamalı, posterlər nəşr etdirib, siniflərdə və auditoriyalarda, eləcə də kütləvi oxuna bilməsi mümkün olan digər yerlər yerləşdirilməlidir”.

“Azərbaycanda koronavirusa yoluxma ehtimalına görə orta və ali məktəblərin müvəqqəti qapadılması ilə bağlı müzakirələr aparılır”, – Azadlıq Radiosuna Təhsil Nazirliyinin ictimaiyyətlə əlaqələr sektorunun müdiri

Cəsarət Valehov

belə deyib.

C.Valehov hələlik, belə qərarın olmadığını söyləyib:

Cəsarət Valehov
Cəsarət Valehov

Ancaq müvafiq qərar verilən kimi medianı məlumatlandıracağıq. Amma məsələ müzakirə olunur. Təhsil Nazirliyi yanında qərargah yaradılıb, eləcə də Nazirlər Kabineti yanında qərargah fəaliyyət göstərir. Aidiyyəti qurumlar müştərək işləməkdədirlər. Proses saatbasaat izlənir, müzakirə olunur. Qərar olacaqsa, açıqlayacağıq”, – nazirliyin sözçüsü söyləyib.

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, fövqəladə hadisələrlə (hərbi vəziyyət, zəlzələ, daşqın, kütləvi xəstəlik və s.) bağlı respublikanın bütün ərazisində tədris ilinin müddətində və tətil günlərində dəyişikliklər Nazirlər Kabinetinin qərarı, bu və ya digər səbəbdən ayrı-ayrı ümumi təhsil müəssisələrində isə Təhsil Nazirliyinin əmri əsasında həyata keçirilir.

Ana səhifəSosialAzərbaycanda təhsil müəssisələri koronavirus təhlükəsinə görə bağlandı (yenilənib)