Koronavirusdan sağalanların sayının yeni xəstələnənlərdən çox olması tendensiyası davam edir

9 nəfər ölüb

Source: Архив


9 nəfər ölüb

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 369 yeni yoluxma faktı qeydə alınıb.

Bunu Azərbaycan Prezidentinin köməkçisi – Azərbaycan Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində bildirib.

O deyib ki, 523 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 9 nəfər vəfat edib.

Son bir neçə gündə Azərbaycanda koronavirusdan gündəlik sağalanların sayı infeksiyaya yeni yoluxanların sayını yetərincə üstələyir. İyulun 20-də bu tendensiya davam edib.

Hazırkı dövrədək ölkədə 27 min 890 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib.

Onlardan 19 490 nəfər müalicə olunaraq sağalıb, 363 nəfər vəfat edib. Aktiv xəstə sayı 8037 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6817, ötən müddət ərzində isə 634 698 test aparılıb.

Ana səhifəXəbərlərKoronavirusdan sağalanların sayının yeni xəstələnənlərdən çox olması tendensiyası davam edir