Koronavirusdan ölənlərin sayı artır

Virusun yayılmasının qarşısı alınmış ölkələrdə belə artıq gündəlik yoluxmalar baş verməkdədir.

Source: Specify Source


Virusun yayılmasının qarşısı alınmış ölkələrdə belə artıq gündəlik yoluxmalar baş verir

Dünyada koronavirusdan ölənlərin ümumi sayı 700,000-i keçib.

“Reuters” xəbər verir ki, ölüm hallarının artması əsasən ABŞ, Braziliya, Hindistan və Meksikada müşahidə edilir.

Agentliyin məlumatına görə, son iki həftənin rəqəmlərinə əsasən COVID-19-dan hər 24 saatda orta hesabla 5.900 nəfər ölür.

Bu saatda 247 nəfərə və ya hər 15 saniyədə bir nəfərə bərabərdir, – “Reuters” əlavə edib.

Prezident Donald Tramp koronavirusun yayılmasının nəzarətdə olduğunu söyləsə də, ölkədə 155 mindən çox insan ölüb.

Tramp “Axios” xəbər saytına verdiyi müsahibədə “İnsanlar ölürlər, bu həqiqətdir. Olan budur. Lakin bu o demək deyil ki, əlimizdən gələni etmirik. İdarə edə biləcəyimiz qədər nəzarət altındadır”, – deyib.

Braziliyada Prezident Jair Bolsonaro pandemiyanın ağırlığını minimuma endirərək təcrid tədbirlərinə qarşı çıxıb.

Pandemiya əvvəlcə dünyanın 640 milyon əhalisinin yaşadığı Latın Amerikasına yavaş çatmaqda idi. Lakin rəsmilər deyir ki, yoxsulluq və sıx məskunlaşma səbəbindən qitənin koronavirusa yoluxmasını nəzarətdə saxlamaq çətinləşir.

Birləşmiş Millətlər Təşkilatının İnsan Məskunlaşma Proqramına görə Latın Amerikası və Karib dənizi boyu 100 milyondan çox insan gecəqondularda yaşayır. Onların çox qeyri-rəsmi yerlərdə çalışdıqlarından pandemiya boyu işləməyə davam edib.

Virusun yayılmasının qarşısı alınmış ölkələrdə belə artıq gündəlik yoluxmalar baş verməkdədir.

Son zamanlarda Avstraliya, Yaponiya, Honq- Konq, Boliviya, Sudan, Efiopiya, Bolqarıstan, Belçika, Özbəkistan və İsraildə rekord artım qeydə alınıb.

Çərşənbə günü pandemiyadan azad olunduğunu qeyd etmiş Avstraliyada da ölüm halları artaraq 247-ə çatıb.

Ana səhifəDünyaKoronavirusdan ölənlərin sayı artır