Xasay Bayramov

Mənbə: Facebook

Başlıq: Xasay Bayramov

Koronavirusa yoluxmuş həkimin yaxınları Mehriban Əliyevaya müraciət etdi

Məqalə yeniləndi:  13 İyul 2020

“Kəskin tənəffüz çatışmazlığı o həddə çatıb ki , süni tənəffüz aparatının effekti qalmayıb”

Koronavirus infeksiyasına yoluxmuş Sumqayıt Şəhər Təcili Tibbi Yardım Mərkəzinin həkimi Xasay Bayramovun vəziyyəti ağırlaşıb.

Həkimin yaxınlarının Birinci vitse-prezident Mehriban Əliyevaya ünvanladığı müraciətdə belə deyilir.

“Xasay doktor aldığı müalicələrə rəğmən səhhətində əsaslı irəliləyiş olmayıb , ötən gecədən isə daha da pisləşib. Xəstədə artıq total ağciyər çatışmazlığı müşahidə olunur. Kəskin tənəffüz çatışmazlığı o həddə çatıb ki , süni tənəffüz aparatının effekti qalmayıb”, - deyə yaxınları yazır.

Daha sonra deyilir:

“Hörmətli Mehriban xanım! Belə bir vəziyyətdə biz-Xasay həkimin ailəsi , yaxınları , dostları , həkim kollektivi olaraq sizə müraciət edirik. Artıq dərəcədə xahiş edirik ki, bu vəziyyətə birbaşa siz - özünüz nəzarət edəsiniz . Xəstənin EKMO-ya qoşulmasına yardım edəsiniz . İnanırıq ki , məhz sizin sayənizdə savadlı, səriştəli bir həkimi həyata qaytarmaq mümkün olacaq”.

Rəsmi məlumatlarda dəqiq rəqəm göstərilməsə də, respublika üzrə minə yaxın tibb işçisində koronavirus infeksiyasına yoluxma hallarının olduğu bildirilir. Həkim və tibbi heyət arasında həyatını itirənlər də var.

Meydan TV müraciətlə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) münasibət öyrənə bilməyib.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Məqalə yeniləndi:  13 İyul 2020
Bölmələr:  
qısa linklər:   http://mtv.re/yzebw7

Ən çox baxılan